Browsing daily archive

Fevral 22, 2026

Braziliyada 65 milyondan çox insanın qatıldığı karnaval başa çatdı

Dünyanın ən tanınmış və ən böyük kütləvi şənliklərindən sayılan Braziliya karnavalı başa çatıb. İlkin hesablamalara görə, ölkə üzrə keçirilən tədbirlərdə 65 milyondan artıq insan iştirak edib. Şənliyin əsas mərkəzi olan Rio-de-Janeyro şəhərində əldə olunan gəlirin 1 milyard dolları ötüb keçdiyi bildirilir. 2026-cı il karnavalı 303-cü ildönümünü qeyd edib. 1932-ci ildən etibarən samba məktəbləri arasında keçirilən […]

Goranboyda yeniyetməni elektrik cərəyanı vurub

Goranboy rayonunda bədbəxt hadisə qeydə alınıb. Hadisə rayon ərazisində baş verib. Məlumata görə, 2013-cü il təvəllüdlü rayon sakini Y. Əliyev müxtəlif bədən xəsarətləri və baş nahiyəsində çoxsaylı açıq yaralarla xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən ona dərhal tibbi yardım göstərilib. Hazırda yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir. İlkin ehtimallara əsasən, hadisə onun yaşadığı evdə baş verib. Yeniyetmənin elektrik […]

ABŞ və İran fevralın 27-də yeni danışıqlar üçün hazırlaşır

ABŞ tərəfi bildirib ki, əgər yaxın 48 saat ərzində Tehrandan nüvə sazişi ilə bağlı detallı təklif daxil olarsa, fevralın 27-də Cenevrədə növbəti danışıqlar mərhələsini keçirməyə hazırdır. “Axios” nəşrinin ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, bu addım ABŞ və İsrailin mümkün hərbi əməliyyatları başlamazdan əvvəl İrana təqdim edilən son fürsət kimi qiymətləndirilir. Tramp administrasiyası hazırda İranın […]

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi bəlli oldu

Qadın şahmatçılar arasında keçirilən Azərbaycan çempionatında qalib və mükafatçılar müəyyənləşib. Üçüncülük uğrunda qarşılaşmada Gülnar Məmmədova Türkan Məmmədyarovaya 1,5:0,5 hesabı ilə qalib gələrək bürünc medal qazanıb. Final mərhələsində isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə üz-üzə gəlib. Əsas oyunlardan sonra qalib tay-brekdə müəyyənləşib. 1,5:0,5 hesablı üstünlüklə qələbə qazanan Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu tituluna sahib çıxıb.

Bölgələrdə hava dəyişir: yağış və qar gözlənilir

Azərbaycanın bölgələrində fevralın 23-də, əsasən gecə və axşam saatlarında, fevralın 24-də isə bəzi ərazilərdə fasilələrlə yağıntılı hava şəraiti proqnozlaşdırılır. Bu barədə məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb. Qurumdan bildirilib ki, bəzi ərazilərdə yağıntının daha intensiv xarakter alacağı gözlənilir. Dağlıq rayonlarda isə qar yağma ehtimalı var.

Aİ nümayəndələri Ermənistanda strateji gündəliyi müzakirə edib

Avropa İttifaqının nümayəndə heyəti Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kosun martın 19-20-də nəzərdə tutulan səfəri və ilk Aİ–Ermənistan sammiti öncəsi yeni strateji gündəliyin hazırlanması prosesində əldə olunan nəticələri qiymətləndirmək üçün Ermənistana işgüzar səfər edib. Bu barədə məlumatı “The Brussels Times” nəşri yayıb. Bildirilir ki, Aİ Ermənistana 202,5 milyon avro həcmində maliyyə dəstəyi göstərmək […]

Tehranda tələbələr yanvar hadisələrinə görə etiraz aksiyası keçirib

Tehranda Şərif Texnologiya Universitetinin tələbələri yanvar hadisələrində həyatını itirənləri yad etmək üçün təşkil etdikləri mitinqi etiraz aksiyasına çeviriblər. Fars xəbər agentliyinin verdiyi məlumata görə, sosial şəbəkələrdə həm Tehranda, həm də Məşhəddə bir neçə universitetdə oxşar nümayişlərin keçirildiyi barədə məlumatlar yayılıb. Şərif Texnologiya Universitetindəki etiraz zamanı Bəsic könüllü qüvvələri ilə toqquşmalar baş verdiyi bildirilir.

Günəşdəki bütün tünd ləkələr yox oldu

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasına görə, hazırda Günəşdə tünd ləkələr müşahidə edilmir. Laboratoriya öz Telegram kanalında açıqlama verərək bildirib ki, “Günəşin Yerə baxan tərəfində ən kiçik bir ləkə belə görünmür. Ulduz tamamilə bərabər və qüsursuz bir disk kimi görünür”. Alimlər izah ediblər ki, günəş ləkələri Günəşin ayrılmaz hissəsidir və onların yaranması […]

Kiyev və ətrafına kütləvi hücum: raketlər və PUA-lar işə salındı

Rusiya silahlı qüvvələri Ukraynanın paytaxtı Kiyev və ətraf vilayət ərazilərinə raketlər və “Şahed” tipli pilotsuz uçuş aparatları ilə genişmiqyaslı zərbələr endirib. Bu barədə məlumatı Kiyev Vilayət Hərbi Administrasiyası yayıb. Qurumun açıqlamasına görə, hücum nəticəsində Sofiyivska Borşahivka qəsəbəsində yerləşən binalardan birində güclü yanğın baş verib. Sosial şəbəkələrdə hadisə yerindən yayılan görüntülərdə alovun geniş əraziyə yayıldığı əks […]

XXV Qış Olimpiya Oyunları bu gün rəsmi olaraq başa çatır

İtaliyanın Milan və Kortina-d’Ampezzo şəhərlərinin ev sahibliyi etdiyi XXV Qış Olimpiya Oyunları bu gün rəsmi olaraq yekunlaşacaq. Bağlanış mərasimi Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Təntənəli tədbir ölkənin simvolik məkanlarından biri hesab olunan Verona Arenasında təşkil ediləcək. “Filmmaster” şirkətinin hazırladığı və “Grand Finale” adlandırılan proqram İtaliyanın zəngin mədəni irsini, incəsənətini və idman ənənələrini nümayiş etdirməyi […]