Browsing daily archive

Fevral 23, 2026

Bakıda Azərbaycan–İran Dövlət Komissiyasının 17-ci iclası keçirildi

Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar istiqamətlər üzrə əməkdaşlıq məsələlərinə həsr olunmuş Dövlət Komissiyasının 17-ci iclası keçirilib. Toplantıya Azərbaycan tərəfdən Baş nazirin müavini və Komissiyanın həmsədri Şahin Mustafayev, İran tərəfdən isə yol və şəhərsalma naziri, Komissiyanın həmsədri Fərzanə Sadeq rəhbərlik edib. İclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Görüş […]

Mingəçevirdə ailə mübahisəsi bıçaqlanma ilə nəticələndi

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb. Teleqraf-a istinadən xəbər veririk ki, hadisə Dilarə Əliyeva küçəsində yerləşən yaşayış binasındakı mənzillərdən birində baş verib. Məlumata görə, şəhər sakini, 26 yaşlı Emin Kərimov aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 23 yaşlı Təranə Kərimovaya kəsici alətlə xəsarətlər yetirib. Yaralı qadın dərhal xəstəxanaya çatdırılıb və tibbi yardım göstərilib. Daxili İşlər […]

İkitərəfli əlaqələrdə yeni mərhələ

Bakıda iqtisadi, ticarət və humanitar istiqamətlər üzrə əməkdaşlıq məsələlərini əhatə edən Azərbaycan–İran Dövlət Komissiyasının 17-ci iclası işə başlayıb. Toplantı Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayevin, İran İslam Respublikası tərəfindən isə yol və şəhərsalma naziri Fərzanə Sadeqin həmsədrliyi ilə keçirilir. İclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər. Görüş çərçivəsində iqtisadiyyat, nəqliyyat və […]

Keçmiş Pentaqon rəsmisindən diqqətçəkən iddia

“Türkiyə növbəti beş il ərzində nüvə silahına sahib ola bilər”. Teleqrafın məlumatına görə, bu fikri ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sabiq rəsmisi Maykl Rubin Hindistan mediası üçün qələmə aldığı məqalədə səsləndirib. O bildirib ki, Türkiyə NATO üzvü kimi alyansın 5-ci maddəsinin təmin etdiyi kollektiv müdafiə mexanizmindən yararlanır. Həmin maddəyə əsasən, üzv dövlətlərdən birinə qarşı hücum bütün […]

Onkoloji xidmətlərdə yeni mərhələ

Vətəndaşlar artıq onkoloji tibbi yardımı yalnız ixtisaslaşmış dövlət xəstəxanalarında deyil, həm də müvafiq lisenziyaya malik özəl tibb müəssisələrində ala biləcəklər. Bu dəyişiklik Prezident İlham Əliyevin təsdiqlədiyi “Onkoloji yardım haqqında” qanuna edilən əlavələrdə öz əksini tapıb. Yeni qaydalara əsasən, onkoloji xidmətlər həm dövlət tibb müəssisələrində, həm də “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun şəkildə lisenziya almış […]

Tarixin qara səhifəsi

1944-cü ilin fevralında Sovet hakimiyyəti tərəfindən həyata keçirilən çeçen və inquşların deportasiyasından 82 il keçir. Fevralın 23-dən martın 9-dək davam edən əməliyyat SSRİ tarixinin ən sərt və faciəli köçürülmələrindən biri kimi yadda qalıb. Qısa müddət ərzində 500 mindən 650 minədək çeçen və inquş zorla doğma torpaqlarından çıxarılıb. Evlər dağıdılıb, yandırılıb, müqavimət göstərənlər isə yerindəcə güllələnib. […]

Məhkəmələr tam elektron sistemə keçir

Azərbaycanda məhkəmə sistemi kağız sənədlərdən mərhələli şəkildə imtina etməyə hazırlaşır. Bu barədə Azərbaycan Hakimlərinin II Forumunda çıxış edən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev məlumat verib. O, “Rəqəmsallaşma və süni intellektin tətbiqi” mövzusuna həsr olunan panel müzakirəsində bildirib ki, tam elektron icraata keçid əsasən kağız daşıyıcıların aradan qaldırılmasına hesablanıb. Onun sözlərinə görə, bəzi sübutlar […]

Su çərşənbəsi ilə Novruz ab-havası başlayır

Azərbaycanda Novruz ab-havası artıq hiss olunmağa başlayır. Xalq təqviminə görə, sabah baharın müjdəçisi sayılan dörd çərşənbədən birincisi – Su çərşənbəsi qeyd olunacaq. Xalq arasında bu gün “Əvvəl çərşənbə”, “Gözəl çərşənbə” və “Sular Novruzu” adları ilə də tanınır. Su çərşənbəsi təbiətdə donmuş suların hərəkətə gəlməsini, buzların əriməsini və həyatın yenidən canlanmasını simvolizə edir. İnanclara əsasən, məhz […]

İranın yol və şəhərsalma naziri Bakıya gəldi

İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq rəsmi səfər çərçivəsində Bakıya gəlib. Bu barədə məlumatı İran İslam Respublikasının Azərbaycandakı səfirliyi yayıb. Bildirilib ki, nazir paytaxtda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, eləcə də İranın ölkəmizdəki səfiri tərəfindən qarşılanıb. Səfər çərçivəsində Fərzanə Sadiq Azərbaycan və İran arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-ci iclasında iştirak […]

Mingəçevirdə elektrik enerjisində fasilə olacaq

Mingəçevir şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq. Bu barədə Azərişıq ASC məlumat yayıb. Bildirilib ki, Mingəçevir Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110/35/6 kV-luq “Şəhər” yarımstansiyasından qidalanan 6 kV-luq 25 saylı hava xəttində ağacların budanması və təmir-bərpa işləri aparılacaq. Görüləcək işlərlə əlaqədar olaraq bu gün saat 10:00-dan 14:00-dək Aydın Məmmədov, Xətai, Sahil və Mehman […]