Fövqəladə Hallar Nazirliyi Od çərşənbəsi ilə bağlı xəbərdarlıq etdi
Novruz bayramının gəlişi ilə əlaqədar bu gün xalqımız milli-mənəvi dəyərlərimizi yaşadan Od çərşənbəsini qeyd edir. Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, mərasimlərdə, xüsusilə tonqal qalarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasının vacibliyini xatırladıb. Nazirlik bildirir ki, qaydalara əməl edilməməsi bayram sevincini arzuolunmaz və hətta təhlükəli hadisələrlə nəticələndirə bilər. Ötən çərşənbə axşamı baş verən hadisələr […]