Browsing daily archive

İyun 16, 2026

Enerji keçmişindən ekoloji gələcəyə: Mingəçevirin yeni sınaqları

“Mingəçevir bir zamanlar Azərbaycanın sənaye və enerji mərkəzi idi, lakin 90-cı illərdən sonra sənaye müəssisələrinin böyük hissəsi fəaliyyətini dayandırdı. Buna baxmayaraq, şəhərin ekoloji problemləri hələ də öz həllini tapmayıb. Təbiətinə xas gözəlliyi qorumaq üçün Mingəçevir hansı addımları atmalıdır?” Mingəçevir Azərbaycanın “gölməçələr şəhəri” kimi tanınan, təbii gözəllikləri və zəngin tarixi ilə fərqlənən bir bölgəsidir. Kür çayının […]

Azərbaycan QHT-lərinin Moldova səfəri: ətraf mühitin qorunmasında təcrübə mübadiləsi

10-13 mart 2025-ci ildə Almaniya Əməkdaşlıq Cəmiyyətinin  (GIZ) dəstəyi ilə Azərbaycan QHT-lərinin Moldovaya tanışlıq səfəri gerçəkləşdi. Səfərin əsas məqsədi ətraf mühitin mühafizəsi və bu sahədə  təcrübənin öyrənilməsi idi. Səfərin ilk günü “Askoni” şərab zavoduna ziyarət və rəsmi şam yeməyi ilə yadda qaldı. Növbəti günlərdə iştirakçılar “Ecovisio” təşkilatına baş çəkərək, Moldovanın nüfuzlu ekoloji təşkilatlarının fəaliyyətləri ilə […]

Tədbirləri davamlı təşkil etməyin sadə yolu

Bu məqalədə hər hansı bir təşkilatın asanlıqla tətbiq edə biləcəyi praktiki addımları və sadə tövsiyələri paylaşırıq. Ekoloji, sosial və iqtisadi fayda gətirən tədbirlər üçün bələdçiniz buradadır! Niyə davamlı tədbirlər? Davamlı tədbirlər ətraf mühitə, insanlara və iqtisadiyyata fayda verir. Belə tədbirlər su və elektrik kimi resurslara qənaət edir, tullantıları azaldır və hər kəs üçün əlçatan mühit yaradır. Təşkilatlar […]

Azərbaycanda tullantıların idarəedilməsi üçün praktik addımlar: Rumıniya təcrübəsi

Səfərin məqsədi və əhəmiyyəti 2025-ci ilin 15-19 iyul tarixlərində GİZ-in dəstəyi ilə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Rumıniyanın Qalasi şəhərində bərk tullantıların idarəedilməsi üzrə təcrübə səfərində iştirak edib. “Vətəndaş iştirakının gücləndirilməsi” (SPA) proqramı çərçivəsində baş tutan səfər Azərbaycanda tullantıların idarə edilməsi üçün praktik həllər tapmaq məqsədi daşıyırdı. Qalasidəki müasir infrastruktur və yerli təcrübələr əsasında öyrəndiklərimizi Azərbaycanda kiçik miqyaslı […]

Berlinə gedən yol: inklüziv gələcəyin 5 günü

Azərbaycandan bir qrup QHT fəalı 10 nəfərlik nümayəndə heyəti ilə Berlində “Dayanıqlı İnkişaf Həlləri” çərçivəsində inklüzivliyin ən yaxşı təcrübələrini öyrənmək üçün noyabrın 30-dan dekabrın 4-dək Almaniyada oldu. Səfər Avropa İttifaqı, Almaniya Federal Hökuməti, GIZ-in dəstəyi və  IBB-nin təşkilatçılığı ilə baş tutdu. İBB Almaniyanın Dortmund şəhərində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır, davamlı tədbirlərin idarə edilməsi, iqlim dəyişikliyi, […]