ABŞ uranın zənginləşdirilməsini yenidən başlayır
ABŞ öz ərazisində uranın zənginləşdirilməsi fəaliyyətini bərpa etməyi planlaşdırır. Bu barədə ölkənin energetika naziri Kris Rayt açıqlama verib. Məlumata görə, Fransanın “Orano” şirkəti Tennessi ştatında uran zənginləşdirmə zavodunun inşası üçün ABŞ Energetika Nazirliyindən 900 milyon dollar maliyyə dəstəyi alıb. Nazir qeyd edib ki, silah laboratoriyaları istisna olmaqla, hazırda ölkədə uranı zənginləşdirən şirkətlərin sayı çox azdır. […]