Prezident İlham Əliyev Ərəb Parlamentinin nümayəndə heyətini qəbul edib
Fevralın 11-də Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycanın ərəb ölkələri ilə siyasi, iqtisadi və mədəni əlaqələrinin inkişafında qarşılıqlı səfərlərin rolunu vurğulayıb və islam həmrəyliyinə verdiyi töhfələri, o cümlədən Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini xatırladıb. Qonaq Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyində əldə […]