Ağdamın Xıdırlı kəndində müasir Ailə Sağlamlıq Mərkəzi tikiləcək
Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Ağdamın Xıdırlı kəndində yeni bir tibbi kompleksin inşası üçün tender elan edib. Layihə ixtisaslaşdırılmış ictimai binaların tikintisi kateqoriyasına daxildir və onun təxmini dəyəri 1 392 066,64 AZN olaraq müəyyən olunub. Planlaşdırılan kompleks Xıdırlı kəndində müasir Ailə Sağlamlıq Mərkəzini əhatə edəcək. Yeni mərkəz yalnız tibb xidməti […]