Qazaxıstan Sülh Şurasına üzvlük üçün maliyyə öhdəliyi götürmür
Qazaxıstan Sülh Şurasına üzvlük üçün nəzərdə tutulan 1 milyard dollarlıq ödənişi etməyib və etməyi də planlaşdırmır. Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti rəsmi açıqlama yayıb. Bildirilib ki, Sülh Şurasında iştirak tamamilə dövlətlərin öz iradəsinə əsaslanır və üzvlük öhdəlik xarakteri daşımır. Açıqlamaya görə, şuranın nizamnaməsində qeyd olunan 1 milyard dollarlıq məbləğ könüllü ianə kimi nəzərdə tutulub […]