Minlərlə mingəçevirli Şəhidlər Xiyabanında
Mingəçevir şəhərində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq artıq bir neçə gündür silsilə anım tədbirləri keçirilir. Bu çərçivədə şəhərin ümumtəhsil və orta ixtisas məktəblərində faciəyə həsr olunmuş xüsusi dərslər təşkil olunur, şagird və tələbələrlə maarifləndirici söhbətlər aparılır. Yanvarın 20-si səhər tezdən şaxtalı hava şəraitinə baxmayaraq minlərlə mingəçevirli əllərində gül dəstələri ilə Şəhidlər Xiyabanına […]