Ölümqabağı sevinc hissi
Səhər idmanından sonra kimi su kranlarında əl üzünü yuyur, kimi silahını təmizləyir, kimi də hərbi hissənin həyətində iki bir, üç bir gəzinirdi. Birdən rabitə otağının qapısı açıldı. Növbədə olan rabitəçi dışarı çıxaraq, komandirin otağına doğru qaçdı. Qapını döymədən içəri daxil oldu. Komandir yorğun nəzərlərlə qəfil içəri girən əsgəri süzməyə başladı. Gözlərinin qızartısı və əzgin baxışları […]