Browsing author

Mingəçevir İşıqları

FHN qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edir

Qış fəslində havalar əksər günlər soyuq, yağıntılı və şaxtalı keçir. Yolların buz bağlaması piyadaların işinə çətinlik törədir. Bu cür vəziyyət həm də sürüşmə təhlükəsi yaradır. Buzlu yollarda yıxılıb əzilmək təhlükəsi piyadalar üçün ağır nəticələnə bilər. Buna görə də  onlar bir neçə məqama diqqət etməlidirlər: – buzlu yollarda tələsik yeriməyin və buz üzərində kəskin hərəkətlər etməyin; […]

Ali hüquq təhsilli və idman cüssəli gənclərə polis orqanlarında iş tapmaq fürsəti yaranıb

Müsabiqədə ali hüquq təhsilli, yaşı 28-dək, idman cüssəli, həqiqi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış Azərbaycan Respublikasının vətəndaşları (ancaq  oğlanlar) iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyən şəxslər 2021-ci il noyabr ayının 27-dən dekabr ayının 27-dək http://mia.gov.az/index.php?/az/concent/29799/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket formalarını şəxsən dolduraraq elektron […]

STP ənənəvi Təcrübə Proqramına 2022-ci il üçün qəbul elan edir

STP şirkətlər qrupu bir neçə ildir həyata keçirdiyi istehsal sahələri üçün gənc istedadların yetişdirilməsinə dəstək olan növbəti, “STP Təcrübə Proqramı 2022” adlı ödənişli təcrübə layihəsinə start verir. Bu təcrübə proqramının başlıca məqsədi ali təhsilini yeni bitirmiş, iş təcrübəsi olmayan, lakin inkişafa meylli potensiallı gənclərin bilik və peşəkar karyera bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaqdan ibarətdir. Təcrübə […]

QHT Agentliyi kiçik qrant müsabiqəsinin nəticələrini elan etdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi. Agentliyin 2021-ci il kiçik qrant müsabiqəsinə 7 istiqamət üzrə 478 layihə təqdim olunub. Onlardan 415 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib. Müsabiqənin nəticələri ilə bağlı 14 dekabr 2021-ci il tarixində keçirilən brifinqdə müvafiq istiqamətlər üzrə qrant müsabiqəsinin nəticələri elan edilib. Müsabiqə qaliblərini təbrik edirik. […]

“Media haqqında” qanun layihəsinin yanvarın əvvəlindən qüvvəyə minməsi gözlənilir

Azərbaycan Respublikasında “Media haqqında”  qanun layihəsi  bir müddətdir ki, müzakirə olunur.  Gələn il yanvarın 1-dın qüvvəyə minməsi gözlənilən  qabun media sahəsində fəaliyyəti necə tənzimləyəcək? Bu məqsədlə qanun layihəsini çap edirik ki, oxucularımız yaxından tanış olub, özləri fikirlərini bölüşsünlər.   “Media haqqında” qanun layihəsi 1-ci fəsil Ümumi müddəalar Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün […]

Şəhidlər yaddaşlarda yaşayacaq

Dekabrın 3-də Yevlax rayonunun Aran qəsəbəsində M.Pənahov adına 1 saylı tam orta məktəbin şəhid məzunu Tural Quliyevin anım gecəsi keçirilib. Mərasimdə məktəbin müəllim kollektivi, qazi məzunları, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Tədbir iştirakçıları İkinci Vətən müharibəsində həlak olan şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Sonra məktəbin direktoru Səidə Süleymanova deyib ki, şəhid […]

Neftçi Komandası Qadınlara Qarşı Zorakılığa “YOX” deyir

“Neftçi” futbol klubu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMTnin Azərbaycan Nümayəndəliyi ilə əməkdaşlıq edərək 25 noyabr-10 dekabr tarixlərində həyata keçirilən qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş “16 günlük fəallıq” kampaniyası çərçivəsində 27 noyabr saat 18:15-də “Sabail FC” ilə keçiriləcək oyuna zorakılıqla mübarizəni simvolizə edən narıncı rəngli formada çıxacaq və #ZorakılığaSon deyəcək! Sözügedən oyun Bakcell Arenada […]

Dəm qazı həyatımızı əlimizdən ala bilir

Son zamanlar qaz cihazlarının istismarı zamanı insanlar arasında dəm qazından zəhərlənmə halları qeydə alınmaqdadır. Müəyyən olunub ki, bu halların əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verir. Dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda baş verir. Mənzillərdə isə dəm […]

İnsanlar odla oynayırlar

Yanğınların statistikası göstərir ki, payız-qış mövsümündə havaların soyuması, insanların istilik sisteminə tələbatlarının yaranması və bu məqsədlə elektrik və qaz təsərrüfatından daha çox istifadə etməsi nəticəsində yanğınların sayı yaz-yay dövrü ilə müqayisədə artır. Dünyanın hər yerində olduğu kimi respublikamızda da payız-qış mövsümündə bu artım qeydə alınır və yanğınların çox hissəsi yaşayış sektorunun payına düşür. Çox təəssüf […]

Məktəblilər Şəhidlər Xiyabanında

Mingəçevirdəki 19 saylı tam orta məktəbin 5c sinif şagirdləri Zəfər Günü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət ediblər. Onlar məzarların üzərinə gül dəstəsi qoyub, şəhidlərin xatirəsinə şeirlər söyləyiblər. Şagirdlərdən Fidan Əhmədli, Elmir Məmmədli, Xədicə Musayeva, Tunar Alıcanlı, Aynur Feyzullayeva və Aysu bacıları, Yusif Cavarlı, İntiqam Musazadə, Nigar İsrafilova, Fərid Rəcəbli, Ayşən Əşrəfova, Turan Mustafayev öz çıxışlarını Böyük Zəfərə, […]