Browsing author

Mingəçevir İşıqları

“Azərkabel” ASC-nin 31 dekabr 2024-ci il tarixinə mühasibat balansı

  “AZƏRKABEL”  AÇIQ  SƏHMDAR  CƏMİYYƏTİNİN  rəhbərliyinə         Müsbət  Rəy       Mən, “AZƏRKABEL”  Açıq  Səhmdar Cəmiyyətinin  31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyətinin əks etdirən balans hesabatının və cari ilin mənfəət və zərərləri haqqında hesabatından ibarət, habelə pul vəsaitlərinin hərəkəti haqqında  qeydlərdən ibarət   maliyyə hesabatlarının auditini apardım. Maliyyə hesabatlarının hazırlanmasına görə rəhbərliyin məsuliyyəti Rəhbərlik bu Maliyyə Hesabatlarının […]

Məktəb mediasiyasının tətbiqi ilə bağlı 3 günlük təlimlər yekunlaşıb

Məktəb mediasiyasının tətbiqi ilə bağlı 3 günlük təlimlər yekunlaşıb. Təlimlər  “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə icra etdiyi “Məktəbli münaqişələrinin həllində “həmyaşıd vasitəçiliyi”nin tətbiqi” layihəsi çərçivəsində reallaşdırılıb. Təlimin ilk günündə məktəb psixoloqları münaqişəli stuasiyanın tərəflərinə yanaşma, qarşılıqlı hörmət, emosiyaların idarə edilməsi, empati qurma bacarıqları ilə bağlı məlumatlandırılıb. Təlimin ikinci günündə […]

Mingəçevirdə “Konstitusiya və Suverenlik İli” — dövlətçilik və birliyə dəstək

Martın 11-də Mingəçevir Gənclər Evinin konfrans zalında Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində görüş keçirilib. Görüşdə şəhərin müxtəlif təşkilatlarının, idarə və müəssisələrinin nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Dövlət Himni səsləndirilib. İcra Hakimiyyətinin başçısı […]

Korrupsiyaya qarşı mübarizə: vətəndaş cəmiyyətinin rolu

7 mart 2025-ci ildə Mingəçevir Media Mərkəzində media nümayəndələri və QHT üzvlərinin iştirakı ilə tədbir keçirilib. Görüşün mövzusu korrupsiyaya qarşı mübarizə yolları və bu sahədə tədbirlər planının həyata keçirilməsi olub. Tədbiri “Mingəçevir İşıqları” qəzetinin baş redaktoru, əməkdar jurnalist Fərman Nəbiyev açıb. Vəıtəndaş cəmiyyəti təmsilçiləri  mövzu ilə bağlı fikirlərini bölüşüb, problemləri müzakirə edib və təkliflər irəli […]

Alpaqut üzrə Ağdam rayon birinciliyi başa çatdı

1 mart 2025-ci ildə Quzanı qəsəbəsindəki Ağdam Olimpiya  Kompleksində Alpaqut Turan döyüş sənəti üzrə 5 mart Bədən Tərbiyəsi və idman gününə həsr olunmuş rayon birinciliyi keçirilib. Yarışda 6-17 yaş arasındakı idmançılar mübarizə aparıblar. Qarabağ Regional İdman İdarəsinin Ağdam rayon üzrə İdman sektorunun müdiri Anar Məmmədov, Ağdam Olimpiya İdman Kompleksinin direktoru Bəhruz Kazımov açılış mərasimində çıxış […]

Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 2024-cü ildəki fəaliyyəti barədə hesabat

1)Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 27 yanvar 2024-cü ildə növbəti iclası keçirilib. İclasda Şuranın 2023-cü ildəki fəaliyyəti barədə hesabat,  2024-cü il üçün Fəaliyyət Planı müzakirə olunub və qəbul edilib. Xüsusən şəhərdə sahibsiz küçə itlərinin saxlanması üçün sığınacağın inşası və orda xidmətin təşkili, yol hərəkəti qaydalarını uşaqlara öyrətmək üçün Dövlət Yol Polisi ilə məktəblərin […]

Mingəçevirin daha yaşanabilər bir şəhər olmasına töhfə vermək üçün

Həmzəyev Faiq Məcid oğlu 12 noyabr 1962-ci ildə Mingəçevir şəhərində doğulub.  1981-1983 -ci illərdə radiotexnika qoşunları və hava hücumundan müdafiə sahəsində hərbi xidmət keçib.  1986-1989-cu illərdə Mingəçevir Baza Politexnik Texnikumunda elektrik stansiyaları şəbəkələri və sistemləri (mexanik-elektrik) ixtisası üzrə təhsil alıb. İlk dövrdə  elektrik quraşdırıcısı, kabelçi və lehimçi, kabel ustası vəzifələrində çalışıb. Sonradan peşəkar işçi kimi […]

Mingəçevir Bələdiyyəsi ötən ili necə yola saldı?

2024-cü ildə bələdiyyə 23 iclas keçirib. Daimi komissiyaların arayış və təklifləri ilə iclasların gündəliyinə 237 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə olunmuş məsələlərdən 132-i icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə, 9-u şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 19-u maddi yardımlarla, […]

Hərbi biletin itməsi barədə

09 yanvar 1966-cı ildə doğulmuş Azərbaycan Respublikasının Kəlbəcər rayon sakini Abdullayev Həsən Balı oğluna Bakı şəhərinin Qaradağ rayon hərbi komissarlığı tərəfindən 23 aprel 1984-cü ildə verilmiş NZ 4704936 nömrəli hərbi bilet itdiyi üçün etibarsız sayılır.

Valideynləriniz tənha qalmayacaq

Əgər valideynlərinizdən uzaqda yaşayırsınızsa,  bu şəxslərə qulluq etməyi bizə etibar edə bilərsiniz. Təlim keçmiş işçilərmiz  onlara  baş çəkəcək və aşağıdakı xidmətləri yerinə yetirəcək: -Ərzaq və dərman alınması; -Asudə vaxtın təşkili (digər həmyaşıdları ilə birlikdə ekskursiyalar, teatr və kino tamaşalarına baxış, birgə nahar və müzakirələr); -Digər xidmətlər (əlavə razılaşma üzrə yemək hazırlanması, evin təmizlənməsi, paltarların yuyulması […]