Browsing author

Mingəçevir İşıqları

Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib

Ermənistan mətbuatı guya Azərbaycan Ordusuna məxsus döyüş sursatı anbarının məhv edilməsi ilə bağlı növbəti yalan məlumat yayıb. Lakin düşmən həmin anbarın yaxın məsafədən çəkilmiş videogörüntüsünü məlumata əlavə etməklə öz saxtakarlığını bir daha ifşa edib. Həqiqətdə isə oktyabrın 29-da gecə saatlarında Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazimizdəki yeni inşa edilmiş raket-artilleriya silahları anbarı bölmələrimiz tərəfindən məhv […]

Bərdəni atəşə tutan “Smerç” məhv edilib

Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib. Oktyabrın 29-u saat 15.18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib. Müdafiə Nazirliyi qeyd olunan reaktiv sistemin məhv edilidyi anın videogörüntüsünü təqdim edib.

Cəbhədə oktyabrın 30-na olan son vəziyyət

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-u gün ərzində və 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı […]

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında

Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər ərazilərini işğaldan azad etmişlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində uğurlu əməliyyatları davam etməkdədir. İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti […]

Dağlıq-Qarabağ münaqişəsi: BQXK döyüşlərdə həlak olmuş kombatantların cəsədlərinin təhvilinə dəstək göstərdi

Bu gün həyata keçirilmiş əməliyyat tərəflərin razılığı əsasında baş tutdu. Təhvilvermə Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində keçirildi. BQXK, bu humanitar əməliyyatda neytral vasitəçi qismində çıxış edib. Bundan əlavə, münaqişə ilə əlaqədar saxlanılmış iki mülki şəxsin təhvili barəsində də razılıq əldə edilmişdi. BQXK-nın köməkliyi ilə bir yaşlı qadın Gürcüstan vasitəsilə Azərbaycandan Ermənistana dünən təhvil verildi. Yaşlı […]

“Azərbaycanlılar niyə Qarabağa, evlərinə qayıtmaq istəyir”

Böyük Britaniyadan olan beynəlxalq media mütəxəssisi Dan Meyson “Azərbaycanlılar niyə Qarabağa – evlərinə qayıtmaq istəyir?” adlı məqalə ilə çıxış edib. Analitik təhlil xarakterli məqalədə daha çox Azərbaycanın Qarabağ müharibəsindən sonra real həyatı əks olunub. Meysonun “Azərbaycan dilində heç bir söz Qarabağ qədər ağrı və duyğu ilə yüklənməyib” – deyə qeyd etdiyi yazısında Azərbaycan həqiqətləri bir […]

Cəbhədə oktyabrın 29-na olan son vəziyyət

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı […]