Browsing author

Mingəçevir İşıqları

Ermənistan yeni atəşkəs rejiminə əməl etmir

Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub. Düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub. Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab […]

Mülki əhali arasında təbliğat-təşviqat işləri davam edir

Əks-hücum əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işi davam edir. Bununla bağlı Müdafiə Nazirliyi videoməlumat yayıb Ali Baş Komandan, Prezident İlham Əliyevin bu gün xalqa müraciətində Füzuli şəhərinin və ətraf bir neçə kəndin azad edilməsi xəbəri operativ şəkildə çap olunmuş bülletenlər və səyyar radioqovşaq vasitəsilə mülki sakinlərə çatdırılır. Hər gün cəbhədən gələn qələbə […]

“Azərbaycan Ordusu Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının bir neçə kəndini işğaldan azad edib”

Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşlu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çıraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb.

Prezident İlham Əliyev qəti və məntiqli diplomatik gedişlərlə regionun geo-siyasi mənzərəsini dəyişir

Sentyabrın 27-də erməni silahlı birləşmələrinin müxtəlif istiqamətlərdən Azərbaycanın sərhəd bölgələrinin silahlı hücumuna Azərbaycan Ordusunun adekvat cavab verməsini  düşmən gözləmirdi. İllər boyu atyəşkəs reliminə əhəmiyyət vermədən sərhədlərimizə açdıqları atəşlər cavabsız qalmasa da bu dəfə Ordumuzun şəxsi heyəti düşmənə layiqli cavabını verməklə  öz gücünü göstərdi. Əlbəttə, Azərbaycanın bu cür əks həmləsini düşmən və onun havadarları güman edə […]

Düşmənin bütün cəbhə boyu fəaliyyətinin qarşısı alınıb

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Məlumatda deyilir ki, oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb: “Azərbaycan Ordusu tərəfindən həyata […]

İlham Əlliyev: “Bir daha deyirəm, status-kvo yoxdur, təmas xətti yoxdur. Ermənilərin öz orduları haqqında uzun illər uydurduğu yenilməz ordu əfsanəsi yoxdur”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib. – “Haber Global” yayımına xoş gəldiniz. Son dərəcə önəmli bir qonağımız var. Bildiyiniz kimi, Azərbaycan Vətən müharibəsi aparır. Beləliklə, döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin sürətli, amma təmkinli irəliləyişi var. Bir atəşkəs prosesi, atəşkəsdən dərhal sonra Ermənistanın xüsusilə dünən törətdiyi hücumlar nəticəsində […]

Silahlı Qüvvələrə Yardım Fondunda əlavə hesablar açılıb

“Azərbaycan Ordusuna maliyyə dəstəyinin göstərilməsi ilə bağlı xaricdə yaşayan həmvətənlərimiz tərəfindən Müdafiə Nazirliyinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq Silahlı Qüvvələrə Yardım Fondunun Beynəlxalq bankda mövcud olan Bank hesablarında Türk lirəsi və Böyük Britaniya funt sterlinqi hesabları da əlavə olunub”. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Döyüşlərdə iştirak edən qoşunlar üçün səyyar təminat məntəqələri yaradılıb

“Döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri diqqət mərkəzində saxlanılır və dərhal həll olunması ilə bağlı tədbirlər görülür”. Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda o da deyilir ki, qoşunların hərbi texnika, silah-sursat, yanacaq-sürtgü materialları, ərzaq və əmlakla təmin edilməsi müvafiq idarə və xidmətlər tərəfindən sutka ərzində fasiləsiz həyata keçirilir: “Bu məqsədlə […]

Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir

“Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır”-Bu barədə Müdafiə nazirliyi məlumat yayıb. Məlumatda sonra deyilir ki, Hadrut artıq bir neçə gün bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub: “Bildiririk ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət […]