Kamala Harris ABŞ-ın Venesueladakı Hərbi Əməliyyatını Sərt Tənqid Etdi
ABŞ-ın Venesuelada keçirdiyi hərbi əməliyyata ölkə daxilindən də sərt tənqidlər səslənib. ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Nikolas Maduronun avtoritar və qanunsuz idarəçiliyinin Vaşinqtonun addımını nə hüquqi, nə də məntiqli etdiyini bildirib. Harris qeyd edib ki, bu cür müdaxilələr ABŞ üçün yeni deyil: “Bu ssenarini əvvəllər də yaşamışıq. Rejim dəyişikliyi və […]