Sabah Od çərşənbəsidir
Novruzun dörd çərşənbəsindən biri olan Od çərşənbəsi sabah qeyd olunacaq. Bu günün kökü qədim insanların Günəşə və oda bəslədiyi inamla bağlıdır. Əcdadlarımız odu yalnız istilik və işıq mənbəyi kimi deyil, həm də həyat, dirçəliş və qoruyucu qüvvə kimi qəbul ediblər. Od çərşənbəsinin fəlsəfəsində atəşin müqəddəsliyi dayanır. Qədim inanclara görə, od insanı şərdən qoruyur, xeyirin qalib […]