Browsing category

Azərbaycan

Efiopiya Baş naziri Abiy Əhməd Azərbaycanda “AI Academy”i ziyarət edib

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli rəsmi səfəri çərçivəsində Azərbaycanda “AI Academy”i ziyarət edib. Görüşdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev süni intellektin ölkənin rəqəmsal inkişaf gündəliyində strateji prioritet olduğunu vurğulayıb. Nazir həmçinin insan kapitalının hazırlanması və texnoloji imkanların genişləndirilməsinin milli inkişaf modelinin əsas komponentlərindən biri olduğunu qeyd edib. Milli Süni […]

BDU-nun hüquq fakültəsinin tələbələrini şantaj edən şəxs saxlanıldı

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan xanım tələbələri şantaj etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, tələbələrin görüntülərindən istifadə olunaraq hazırlanmış təhqiramiz foto və videoları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində müəyyən edilərək həbs olunub. Məlumata görə, […]

Marketlərdə oğurluq edən şəxslər polis tərəfindən saxlanıldı

Xəzər və Nərimanov rayonlarında yerləşən bir neçə marketdən oğurluq faktları qeydə alınıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində 28 yaşlı E.Qədirov və 39 yaşlı R.Gözəlov müəyyən edilərək saxlanılıb. Araşdırmalar göstərib ki, hər iki şəxs marketlərə müştəri kimi daxil olaraq spirtli içki və tütün məmulatlarını oğurlayıb satıblar. Bundan əlavə, E.Qədirov ictimai […]

Ermənistan sərhədçiləri Türkiyə ilə sərhəddə Rusiya qoşunlarının yerini aldı

Ermənistan sərhədçiləri Türkiyə ilə sərhəddə yerləşən Axurik keçid məntəqəsində Rusiya sərhədçilərinin yerini tutublar. Nazirlər Kabinetinin cümə axşamı təsdiqlədiyi 2021–2026-cı illər üçün hökumət proqramının icrası ilə bağlı hesabatda bildirilir ki, 1 mart 2025-ci ildən başlayaraq Türkiyə ilə sərhəddəki Marqara keçid məntəqəsində yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının hərbçiləri xidmət göstərəcəklər. Hesabatda həmçinin vurğulanır ki, 2026-cı […]

Haaqa şəhərinin baş kilsəsində Xocalı soyqırımı qurbanları yad edildi

Haaqa şəhərinin əsas dini və mədəni mərkəzi olan “Grote Kerk”də Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilmiş “Əbədi əks-sədaların elegiyası” adlı anım tədbiri keçirilib. Tədbirdə Niderlandın dövlət qurumlarının, parlament nümayəndələrinin, diplomatik korpusun, eləcə də siyasi, ictimai, mədəni və elmi dairələrin nümayəndələri iştirak ediblər. Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə çıxışında Xocalı soyqırımının dəhşətli nəticələrini xatırladıb və qeyd […]

Xocalıda Milli Qəhrəman Natiq Qasımovun bacısı Prezident İlham Əliyevlə görüşdü

Milli Qəhrəman Natiq Qasımovun bacısı Kəmalə Heydərova Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı çərçivəsində Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə danışıb. “Mən Xocalı torpağına ayaq qoyanda keçirdiyim hissləri söyləmək mümkün deyil. Çünki bu torpaqda mənim qardaşım Natiq Qasımov döyüşüb. O, Rusiyada hərbi xidmətdə olanda erməni vəhşiləri burada azərbaycanlılara zülm edirdilər. O, əsgərlikdən gələndən […]

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə səmimi qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb. Türkiyə Prezidenti göstərilən diqqətə və xoş sözlərə görə təşəkkürünü […]

Maka Boçorişvili: Gürcüstanın regiondakı rolu qiymətləndirilməlidir

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkəsinin regiondakı mövqeyinin əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, Gürcüstanın rolunu qiymətləndirməmək doğru olmaz. O, ABŞ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində əldə olunan irəliləyişi müsbət qiymətləndirib və Tbilisinin bu prosesdə fəal iştirak etməyə hazır olduğunu qeyd edib. Boçorişvili əlavə edib ki, Gürcüstan regionda dənizə çıxışı olan […]

Sumqayıtda faciəvi hadisə

Sumqayıt şəhərində hamiləliyinin səkkizinci ayında olan qadın xəstəxanada vəfat edib. “Report”a istinadən xəbər veririk ki,  hadisə Sumqayıt Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında baş verib. 1996-cı il təvəllüdlü, 32 həftəlik hamilə olan Aişə Əfəndi qızı Andriaşvili koma vəziyyətində tibb müəssisəsinə çatdırılıb. Həkimlərin göstərdiyi tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı […]

Ankaradan açıqlama: “İrana hücum planı” iddiası əsassızdır

Türkiyənin Müdafiə Nazirliyi ABŞ-nin İrana zərbə endirəcəyi təqdirdə Ankaranın da hücuma hazırlaşdığı barədə yayılan məlumatları təkzib edib. Bu barədə nazirliyin sözçüsü Zəki Aktürk açıqlama verib. O bildirib ki, bəzi xarici media qurumlarında və sosial şəbəkələrdə yer alan iddialar həqiqəti əks etdirmir. Aktürkün sözlərinə görə, Türkiyənin əsas mövqeyi regiondakı münaqişələrin sülh yolu ilə həllinə nail olmaq […]