Ciddədən Bakıya xüsusi təxliyə reysi
Yaxın Şərqdəki gərginlik səbəbindən uçuşları ləğv olunan Azərbaycan vətəndaşlarının Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz şəkildə gətirilməsi təmin olunub. Report-a istinadən bildiririk ki, AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Xüsusi təxliyə reysi ilə 200-dən artıq vətəndaşın ölkəyə qayıdışı həyata keçirilib.