Browsing category

Xəbərlər

Mingəçevir Dövlət Universiteti: yeni çağırışlar və nailiyyətlər

(Əvvəli qəzetin 08.01.2021-ci il tarixli sayında  https://muallim.edu.az) Azərbaycan müəllimi, 22 yanvar 2021-ci il Qəzetin PDF versiyası Qabaqcıl universitetlərlə faydalı əməkdaşlıq modeli AzTU ilə MDU arasında 2019-cu ildə imzalanmış Anlaşma Me­morandumu çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişa­fı cari tədris ilinin payız semestri ərzində uğurla davam etdiril­miş və bu istiqamətdə əhəmiyyətli addımlar atılmışdır. Ölkəmizin nüfuzlu ali təhsil müəssisələrindən biri […]

ADNSU Mingəçevir Dövlət Universitetinin tədris-metodiki bazasının gücləndirilməsinə dəstək göstərir

Ölkəmizin qocaman və qabaqcıl ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən Mingəçevir Dövlət Universitetinə (MDU) mühəndislik, energetika, mexanika, informasiya texnologiyaları və digər sahələri əhatə edən 117 adda və 142 nüsxədə kitab hədiyyə edilib. Universitetlər arasında yaradılmış qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində təqdim olunan dərslik və dərs vəsaitləri MDU-da ilk növbədə Mühəndislik […]

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

2021-ci ilin 21 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb. Mövcud şəraitdə təhsilalanlar ilə çevik onlayn kommunikasiya vasitələrindən biri kimi hər həftə “Açıq […]

Mingəçevir Dövlət Universitetinin tələbə gəncləri 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş tədbir keçirib

2021-ci ilin 20 yanvar tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə “20 yanvar qəhrəmanlıq və iftixar tariximiz” mövzusunda tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 31 il əvvəl Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədilə dinc əhalimizə qarşı […]

Mingəçevir Dövlət Universiteti və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı ilə “20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz” mövzusunda anım tədbiri keçirilib

2021-ci ilin 20 yanvar tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir Gənclər Evinin (MGE) birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş “20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz” mövzusunda anım tədbiri keçirilib. Əvvəlcə, MDU-nun və MGE-nin bir qrup professor-müəllim, tələbə və gənci Mingəçevir şəhərinin Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarları və abidələri […]

Mingəçevir Dövlət Universitetində 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş seminar keçirilib

2021-ci ilin 19 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU)  20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan MDU-nun “Humanitar fənlər” kafedrasının müdiri Esmira Cəfərova 20 Yanvar faciəsini […]

Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyasının ilk həftəsi uğurla başa çatıb

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız semestrinin 11 yanvar tarixində başlayan online imtahan sessiyasının ilk həftəsi uğurla yekunlaşıb. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar “Microsoft Teams” platforması üzərindən virtual qaydada şifahi formada təşkil olunub. 11-15 yanvar tarixlərini əhatə edən ilk beş imtahan günündə bakalavriat səviyyəsində 135 qrupda təhsil alan 2467 tələbənin 183 imtahanda […]

Mingəçevir Dövlət Universitetinin rektoru Vətən müharibəsində iştirak edən əməkdaşla görüşüb

14 yanvar 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 44 günlük Vətən Müharibəsində ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda gedən döyüşlərdə  iştirak etmiş “Mexanika” kafedrasının müdiri Mahir İsmayılov ilə görüşüb. Görüşdə rektor müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə edilən tarixi Zəfər münasibətilə M.İsmayılovu təbrik edib, torpaqlarımızın işğaldan […]

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günü keçirilib

2021-ci ilin 14 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız imtahan sessiyası çərçivəsində ilk “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb. Görüşdə rektor, ilk növbədə, cari tədris ilinin payız semestrinin uğurla başa çatması münasibətilə […]

Mingəçevir Dövlət Universitetində professor-müəllim heyəti ilə görüş keçirilib

2021-ci ilin 10 yanvar tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “İqtisadiyyat və idarəetmə”, “Pedaqoji” və “Mühəndislik” fakültələrinin professor-müəllim heyəti ilə görüşüb. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşdə rektor, xüsusi karantin rejimi dövründə tədris prosesinin məsafədən təşkilində göstərdikləri fəallığa görə universitetin professor-müəllim və inizbati-texniki heyət üzvlərinə təşəkkürünü bildirib. Elektron resursların, xüsusilə də […]