Mingəçevir Dövlət Universitetinin əməkdaşı Nazim Niftəliyev “Əsgərə Məktub” layihəsində iştirak edib
Salam, Azərbaycan əsgəri! Sən xalqımızın ən layiqli övladısan. Necəsən? Əminəm ki, əlasan! Vətənin keşiyində dayanan şəxsin əhvali-ruhiyyəsi başqa cür ola da bilməz! Bu məktubu simvolik olaraq “sən” deyə müraciətlə yazıram, əslində isə, bir nəfərin simasında bütün əsgərlərə şamil edərək yazıram. Vətənə xidmət asan olsa, qədri bilinməz torpağın. Çətin və məsuliyyətlidir, çətin və məsuliyyətli olmaqla yanaşı, şərəflidir […]