Browsing category

Azərbaycan

Cəbhədə noyabrın 5-nə olan son vəziyyət

Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 4-ü gün ərzində və 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada […]

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

2020-ci ilin 4 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbələr münasibətilə iclas iştirakçılarını təbrik edib və işğal altında olan bütün torpaqlarımızın tezliklə azad olunacağına […]

Mingəçevir Dövlət Universitetinə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilib

2020-ci ilin 3 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetə müvafiq ixtisaslar üzrə ən yüksək balla, eləcə də, 500-dən yuxarı balla qəbul olan birinci kurs tələbələri ilə görüşüb. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən görüşdə rektor Ş.Bayramov, ilk növbədə, Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbələr […]

Mingəçevir Dövlət Universitetində “Su ehtiyatlarından səmərəli istifadə problemlərinə müasir yanaşmalar” mövzusunda nəzəri-praktik konfrans keçirilib

2020-ci ilin 3 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Su ehtiyatlarından səmərəli istifadə problemlərinə müasir yanaşmalar” mövzusunda nəzəri-praktiki konfrans keçirilib. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsi ilə birgə “ZOOM” platforması üzərindən online formatda təşkil olunan konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər […]

Tarixi ədalət təmin edilir

Azərbaycan, 03 noyabr 2020-ci il Qəzetin PDF versiyası Danılmaz həqiqətdir ki, 30 ilə yaxın müddət ərzində Azərbaycan münaqişənin sülh yolu ilə həll olunması üçün mümkün olan bütün vasitələrdən istifadə olunmasına çalışıb. Belə ki, erməni tərəfinin davamlı qeyri-konstruktiv mövqe göstərməsinə baxmayaraq, Azərbaycan daim diplomatik həll variantına üstünlük verib və danışıqlar prosesində fəal iştirak edib. Hərbi potensialının […]

Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha 7 kəndi işğaldan azad edildi

Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında bildirib.

Əsgərə məktub!

Sənə yenə məktub yazıram, çünki  günümüz səni düşünməklə keçir. Görəsən, rahat yemək yeyə bilirsənmi, yarımca saat da olsa mürgüləyib gözünün acısını ala bilirsənmi, ya da bir balaca fasilə olanda, erməni quldurlarının mərmisi qurtarıb dayananda, sən də o anlarda  xoşladığın qızın gözlərini xatırlayıb köks ötürürsənmi? Heç narahat olma, o da mütləq səni xatırlayır. Sən qələbə ilə […]

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

Müdafiə Nazirliyi cəbhə bölgəsindəki vəziyyətlə bağlı məlumat yayıb. Məlumatda bildirilir: Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub. Noyabrın 4-ü saat 01:08-dən 08:10-dək Ermənistanın Berd rayonu istiqamətindən Azərbaycanın Tovuz və Ağstafa rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən ara-sıra atəşə tutulub. Noyabrın 4-ü saat […]

Cəbhədə noyabrın 4-nə olan son vəziyyət

Noyabrın 3-ü gün ərzində və 4-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada […]

Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib

Müdafiə Nazirliyi məlumat yayıb ki, noyabrın 2-də Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alınıb. Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib. Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib.