Browsing category

Azərbaycan

Mingəçevir Dövlət Universitetinin əməkdaşı Nazim Niftəliyevin Ali Baş Komandana məktubu

https://president.az/articles/44013 Mingəçevir Dövlət Universitetinin əməkdaşı Nazim Niftəliyevin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yazdığı məktub Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində dərc edilib. 22 oktyabr 2020, 17:10 Nazim Niftəliyevdən, Mingəçevir, Azərbaycan Hörmətli Prezident, cənab Ali Baş Komandan. Biz Sizin 30 ildir gözlədiyimiz haqq işinizi dəstəkləyir və sıravi Azərbaycan vətəndaşı kimi hər zaman səsinizə səs verməyə hazır olduğumuzu […]

Əsgərlərimiz yaşasın!

İnsan böyük mənadır, çox böyük məna, bəlkə də ağlımız almayacaq qədər böyük. Bu haqda danışmaq çətindir, amma bəzən, bu böyük mənanın daşıyıcısı olan insan özünü elə hallara salır ki, çox kiçilir, alçalır, zəhlətökən olur, əl-ayağa dolaşır, hətta qatil və vicdansız olur. Əslində, insan yaxşı ilə pis arasındakı spektrin bütün rənglərində, çalarlarında ola bilir: yaxşı, yaxşı […]

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

2020-ci ilin 21 oktyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. “ZOOM” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov ilk növbədə son günlər rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbələr münasibətilə tədbir iştirakçılarını təbrik edib. Rektor Ali Baş Komandanımızın böyük qətiyyəti və güclü siyasi iradəsi sayəsində tarixi Azərbaycan […]

Rusiya münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb

Azərbaycan xalqı torpaqlarımızın işğalı ilə heç bir zaman barışmayıb. Minlərlə insan öz ata baba yurdundan məcburi köçkün düşsə də bir gün geri qayıtmaq ümidi ilə yaşayıb və dövlətimizə güvənib. Torpaqlarımızın danışıqlar yolu ilə qayıtmasına ümid bəsləyən köçkün soydaşlarımız əzəldən düşmənin xislətinə bələddir. Onların yurd yerlərinə etdikləri təcavüzləri, soyqırımlar yaddaşlarından silinməyib. Və əsrlər keçsə də ermənilərin […]

Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu

Azərbaycan Prezidenti Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsinin təmin olunması və 21 yaşayış məntəqəsinin azad edilməsi barədə twitter səhifəsində üç məlumat paylaşıb: Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Müzəffər Azərbaycan Ordusu […]

Ermənistan ərazisindən Azərbaycan əraziləri raket atəşinə tutulub

Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. […]

Dwşmən itki verərək vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib

Müdafiə Nazirliyi məlumat verib ki, oktyabrın 21-i gün ərzində və 22-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki […]

86 yaşlı tənha qadın pensiyasını orduya bağışladı

Bu gün Sosial Xidmətlər Agentliyinin 15 saylı saylı Mingəçevir filialına müraciət edən Mingəçevir sakini,  86 yaşlı Gülavər Aslanova pensiyasının bir aylıq məbləğini Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə etmək istədiyini bildirib. Qurumun müdir əvəzi Zəfər Hacıyev dediyinə görə, ona bu işin icrasında yardım göstərilib: “Onun bu arzusunu reallaşdırmaq üçün öz iştirakı ilə Beynəlxalq Bank […]

Mingəçevir Dövlət Universitetində onlayn Oriyentasiya Günü keçiriləcək

2020-ci ilin 22 oktyabr tarixindən etibarən Mingəçevir Dövlət Universitetinə (MDU) qəbul olan birinci kurs tələbələri üçün onlayn Oriyentasiya Günü təşkil olunacaq. Onlayn Oriyentasiya Gününün keçirilmə məqsədi birinci kurs tələbələrinə fərdi tədris planları, tədris olunacaq fənlər, semestrlər üzrə toplanılacaq kreditlərin miqdarı, sərbəst işlər, biliyin qiymətləndirilməsi mexanizmi, mübadilə imkanları, tələbə həyatı, tyutor xidməti və MDU haqqında ətraflı […]

Azərbaycan böyük qələbəyə qədər öz zəfər marşını uğurla davam etdirəcəkdir

Azərbaycan xaıqı Vətən müharibəsi aparır. 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızın azad edilməsi uğrundakı şərəfli döyüşlərdə Azərbaycanın Milli Ordusu şanlı tarix yazır. Ermənistanın faşist və cinayətkar rəhbərliyinin hərbi cinayəti sivil dünyanın qəzəbinə səbəb olmalı və məsuliyyətə cəlb olunmalıdır. Hələ hadisələrin ilk günlərindən dinc əhalini hədəf seçən erməni separatçlıları onlarla günahsız insanın, uşaqların ölümünə […]