Browsing category

Azərbaycan

Gəncədə gənc xanımlar üçün digital marketinq, biznes və liderlik təlimləri

Iyunun 1-dən 5-dək Gəncə şəhər Gənclər evində təşkil edilən gənc xanımlar üçün digital marketinq, biznes və liderlik təlimlərinə müvəffəqiyyətlə yekun vurulub. ABŞ İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Qadın İştirakçılığı Programı Counterpart İnternational təşkilatı tərəfindən icra olunur.   Təlim proqramı çərçivəsində Gəncə və ətraf bölgədən olan 25 nəfər qadın iştirakçıya 5 gün ərzində sahibkarlıq, biznes […]

Mingəçevirdə daha bir yol-nəqliyyat hadisəsi

Mayın 25-də  axşam saat 20:00 radələrində Mingəçevir şəhər Heydər Əliyev prospektində “Orxan” bazarı qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, BMV X5 markalı avtomobilin sürücüsü Samir adlı şəxs yüksək sürətlə hərəkət etdirdiyi avtomobildə idarəetməni itirərək qarşıda gedən LADA Niva 2121 markalı 99 DD 636 dövlət nömrə nişanlı avtomobili arxadan vurmuşdurş. Nəticədə zərbədən BMV X5 markalı […]

Mingəçevirdə “Avropa İttifaqı Günləri”

Mayın 21-də Mingəçevirdə “Avropa İttifaqı Günləri”nə start verilib. Öncə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, eləcə də İttifaqa üzv olan dövlətlərin Azərbaycandakı diplomatik korpus nümayəndələri və digər qonaqlarla Mingəçevir İcra Hakimiyyətində rəsmi görüş  keçirilib. İcra Hakimiyyəti başçısı İlham İsmayılov 2008-ci ildə Avropa İttifaqına üzv olan ölkələrin Brüssel görüşündə şərq tərəfdaşlığı təşəbbüsünü irəli sürməsinə diqqəti […]

“Şəhərsalma planı bir nəfərin istəyinə uyğun həyata keçirilə bilməz”

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” proqramı çərçivəsində “Şəhərsalma və Tikinti Məcəlləsi”nin izahına dair növbəti seminarını Mingəçevirdə və Yevlaxda dövlət qulluqçuları üçün təşkil edib. Azərbaycan Respublikası Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov bildirib ki, şəhərsalma sahəsində nizam-intizam yaratmaq, nəyin harda tikilə biləcəyinə və […]

“Mingəçevir işıqları” beynəlxalq mükafatı ardıcıl üçüncü dəfə Mingəçevirə gətirdi

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı jurnalistlər arasında keçirdiyi müsabiqənin nəticələrini mayın 3-də elan edib.  “Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusuna dair müsabiqəyə  çap və elektron mediada dərc olunan 20-dən artıq yazı təqdim edilib. Bu barədə GİZ-in proqram rəhbəri Thomas Meyer məlumat verib. O, […]

Bölgələrdə konsertlər olacaq

Azərbaycanın mərhum lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə bir sıra bölgələrdə konsertlər təşkil olunacaq. Bu barədə Heydər Əliyev Fondu məlumat yayıb. Məlumata görə, tədbirlərə mayın 2-də Ağdam rayonundan start veriləcək. Konsert proqramında incəsənət xadimlərinin ifasında milli musiqi və muğam nümunələri təqdim ediləcək. Mayın 3-də Şəkidə, mayın 4-də Gəncədə, mayın […]

Bu ölkələrin nazirləri Bakıya gəlir – SİYAHI

May 2-3-də Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Mədəniyyət Nazirliyi forumda iştirak edəcək əcnəbi nazirlərin siyahısını açıqlayıb.  Məlumata görə, Qana Respublikasının xarici işlər naziri Şirli Botçvey, Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa, Qambiyanın xarici işlər naziri Mamadou Tanqara, Monteneqronun mədəniyyət naziri Aleksandar Boqdanoviç, Mali Respublikasının mədəniyyət naziri Ramatulaye Diallo,

Baş nazirdən qərar: iki teatra “akademik” statusu verildi

Nazirlər Kabineti Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında qərarı təsdiq edib. Bu barədə qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb. “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilsin. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli

Fuad Poladova tamaşa həsr olundu

Mərhum Xalq artisti Fuad Poladovun xatirəsinə həsr olunan tamaşa nümayiş olunacaq.  Oxu.Az xəbər verir ki, Əməkdar artist Münəvvər Əliyeva, aktrisa Fidan Bayramova və aktyor Hikmət Rəhimovun iştirakı ilə mayın 24-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində “Köhnə telefon” tamaşasının premyerası olacaq.  Qeyd edək ki, fransız kimyaçı Paul Villardın “Köhnə telefon” əsərinin quruluşçu rejissoru Əbdülqəni

Azərbaycanlı aktrisa Rusiyada mükafatlandırıldı – VİDEO

Rusiyanın Kazan şəhərində keçirilən film festivalında azərbaycanlı aktrisa İlahə Həsənli uğur qazanıb. Oxu.Az xəbər verir ki, 15-ci Kazan Beynəlxalq Müsəlman Film Festivalı çərçivəsində “Nar bağı” filmində rol alan aktrisa İlahə Həsənova “Tammetrajlı filmin ən yaxşı aktrisası” nominasiyasının qalibi olub. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gələn film Cəfər Cabbarlı adına