İlham Əliyevlə Nikol Paşinyanın görüşü başa çatıb – YENİLƏNİB + VİDEO/FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın təkbətək görüşü keçirilib. Sonra görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.