Browsing category

Xəbərlər

Hindistandan gətirilən bioloji aktiv qida məhsulu məhv edilib

Hindistandan idxal olunan 4500 ədəd “Pregnola” əmtəə nişanlı bioloji aktiv qida məhsulu məhv edilib. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, nəzarət tədbirləri zamanı “Beneva” MMC tərəfindən gətirilmiş və “JMB Pharmaceuticals” müəssisəsində istehsal olunmuş məhsul (01.05.2025–01.04.2027-ci il istehsal və son istifadə tarixi ilə) yoxlamalara cəlb olunub. Sınaqlar nəticəsində partiyanın normativ tələblərə uyğun olmadığı aşkarlanıb və Agentlik tərəfindən […]

Erməni politoloqdan müxalifətə mesaj

Erməni politoloq Harutyun Mkrtçyan bildirib ki, Ermənistanın müxalif siyasi qüvvələrinin Azərbaycanla imzalanması nəzərdə tutulan sülh sazişini pozmaq imkanları yoxdur. Onun sözlərinə görə, Rusiyadan istiqamət alan bu qüvvələr mövcud xarici siyasət kursunu dəyişəcək gücə malik deyillər. Mkrtçyan qeyd edib ki, onların nə sülh müqaviləsini pozmaq, nə də Qarabağı yenidən nəzarətə götürmək imkanları var. Politoloq əlavə edib […]

BAEA: İran nüvə proqramının bir hissəsini gizlədib

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə fəaliyyəti ilə bağlı bəzi məlumatların gizlədildiyini açıqlayıb. Qurumun baş direktoru Rafael Qrossi bildirib ki, rəsmi Tehran nüvə proqramının və ya onun məqsədlərinin müəyyən hissəsini agentlikdən gizli saxlayıb. Onun sözlərinə görə, hazırda İranın nüvə silahı hazırladığına dair birbaşa sübut mövcud deyil. Lakin yoxlamalar zamanı mütəxəssislər nüvə proqramı ilə əlaqəsi olmayan […]

Azərbaycanlı rəssam İlham Ənvəroğlu Səlcuq Universitetinin İncəsənət fakültəsinin dekanı oldu

Azərbaycanlı rəssam, memar, incəsənət tarixçisi və professor İlham Ənvəroğlu Türkiyənin Konya şəhərində yerləşən Səlcuq Universitetinin İncəsənət fakültəsinin dekanı vəzifəsinə gətirilib. Diasporla İş üzrə Dövlət Komitəsi bildirir ki, İlham Ənvəroğlunun əsərləri həm Azərbaycanda, həm də Türkiyədə geniş şəkildə nümayiş olunur və çoxsaylı sərgilərdə təqdim edilib. Rəssam 2006-cı ildə 67-ci Dövlət Rəsm və Heykəltəraşlıq Sərgisində birinci yerə […]

Mehriban Əliyeva Ramazan ayı ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Instagram hesabında Ramazan ayı ilə bağlı paylaşım edib. Paylaşımda belə deyilir:“Bütün dünya müsəlmanlarını Ramazan ayının başlanması münasibətilə təbrik edir, Allahdan hər kəsin dua və orucunun qəbul olunmasını diləyirəm!”                                            […]

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi: Su tarifləri ilə bağlı müraciət etməmişik

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) su tariflərinin dəyişdirilməsi ilə bağlı Tarif Şurasına hər hansı müraciət ünvanlamadığını açıqlayıb. Agentlikdən verilən məlumata görə, bəzi media orqanlarında və sosial şəbəkələrdə qurumun suyun qiymətinin artırılması üçün Tarif Şurasına müraciət etdiyi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli Sərəncamı ilə […]

Ramazanda düzgün qidalanmanın qaydaları

Ramazan ayı həm mənəvi saflaşma, həm də orqanizmin yenilənməsi dövrü hesab olunur. Oruc zamanı düzgün qidalanma gün ərzində enerjinin qorunmasına və sağlamlığın saxlanmasına mühüm təsir göstərir. Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, bu dövrdə əsas diqqət yetirilməli məqamlardan biri su balansıdır. İftarla imsak arasında kifayət qədər su qəbul etmək, maye ilə zəngin qidalara üstünlük vermək susuzlaşmanın […]

Azərbaycanda şagirdlərin məktəblərarası daşınmasına vəsait ayrıldı

Azərbaycanda şagirdlərin məktəbə təhlükəsiz daşınması üçün 4 milyon manatlıq vəsait ayrılıb. Elm və Təhsil Nazirliyi bu məqsədlə bir neçə nəqliyyat şirkəti ilə müqavilələr bağlayıb. Müqavilələr Abşeron-Xızı, Dağlıq Şirvan, Qazax-Tovuz, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Qarabağ, Şərqi Zəngəzur, Quba-Xaçmaz, Şəki-Zaqatala, Şirvan-Salyan, Lənkəran-Astara və Mil-Muğan regional təhsil idarələrinin ərazisində şagirdlərin məktəblərarası daşınması xidmətlərini əhatə edir. Məlumata görə, “Baku Rent […]

ANAMA əməkdaşı Xocalıda minaya düşdü

Bu gün işğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndində mina partlayışı baş verib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib ki, partlayış zamanı agentliyin əməkdaşı, 2000-ci il təvəllüdlü Çobanov Vasif Fizuli oğlu xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alıb. Hadisə nəticəsində əməkdaşın sol əli və üz nahiyəsində zədələr yaranıb. Çobanov Vasif dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin […]

“e-FHN” mobil tətbiqi istifadəyə verildi

Rəqəmsal xidmətlərin genişləndirilməsi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Elektron xidmətlər sisteminin mobil versiyası – “e-FHN” istifadəyə verilib. Yeni tətbiq vasitəsilə vətəndaşlar müxtəlif xidmətlər üzrə müraciətlərini elektron qaydada göndərə, cərimələrlə bağlı məlumatları izləyə və qeydiyyat prosesini avtomatlaşdırılmış şəkildə həyata keçirə bilərlər. İstifadəçilər sistemə daxil olaraq qeydiyyatdan keçir və Nazirliyin təqdim […]