Browsing category

Xəbərlər

Ermənistanda dövlət himninin canlı ifası təşəbbüsü

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə dövlət himninin dövlət qurumlarında canlı ifa olunması üçün xor qruplarının yaradılmasını təklif edib. Paşinyan hökumət iclasında bildirib ki, himn ifası xüsusi hadisədir və onun harada ifa olunmasından asılı olmayaraq canlı səslə səsləndirilməsi vacibdir. “Xor yoxdursa, onları himni ifa etməyə dəvət etmək və ya fərdi qruplar yaratmaq olar. Bu, kiçik […]

Mahir Səfərli BMT QAK-ın Mərkəzi Asiya Regional Nümayəndəsi təyin edildi

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) Mahir Səfərliyi Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinə rəhbər təyin edib. Bu barədə həm BMT QAK-ın rəsmi açıqlamasında, həm də Qazaxıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib. Regional nümayəndə kimi Mahir Səfərli Qazaxıstanın Almatı şəhərində yerləşən regional ofisdə fəaliyyət göstərəcək və təşkilatın Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandakı fəaliyyətinə […]

Azərbaycan-Ermənistan münasibətləri: Post-münaqişə mərhələsində sülh perspektivləri

“Azərbaycanla Ermənistan arasında yeni münasibətlərin əsası qoyulur, proses tarixi mahiyyət daşıyır. Yaxın gələcəkdə iki ölkə arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda post-münaqişə mərhələsinin əsas institusional sütunu hesab olunur”. Politoloq Zaur Məmmədov bildirib ki, hazırda region ətrafında və beynəlxalq proseslərdəki turbulentlik iki dövlət arasında mobil inkişaf əlaqələri üçün perspektivlər vəd edir: “Rusiya-Ukrayna müharibəsi və İran ətrafında […]

Köhnə avtomobillərə qadağa qoyuldu

Fevral ayının əvvəlindən Özbəkistanda 50 yaşdan yuxarı minik və yük avtomobillərinin istifadəsi qadağan olunub. Ölkə rəsmiləri bildirir ki, bu yaşdan yuxarı avtomobillər həm təhlükəli hesab olunur, həm də ətraf mühiti ciddi şəkildə çirkləndirir. Qadağa əsasən Sovet dövründən qalma on minlərlə nəqliyyat vasitəsinə şamil edilir.

ABŞ vitse-prezidenti Vens Azərbaycana səfərini “çox uğurlu” adlandırdı

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfərini başa vurduqdan sonra hava limanında jurnalistlərə açıqlama verib və səfəri “çox uğurlu” adlandırıb. Vens bildirib ki, səfər zamanı Azərbaycan Prezidenti ilə bir sıra vacib məsələlər müzakirə olunub. O, ABŞ Prezidenti Donald Trampın liderliyi sayəsində Cənubi Qafqazda müharibə yerinə sülh və ticarətin inkişafının təmin olunacağını vurğulayıb. Vitse-prezident həmçinin Prezident […]

Azərbaycanda internet sürəti 90 Mbit/s-ə çatıb

Ölkədə rəqəmsal infrastrukturun genişləndirilməsi prosesi tam başa çatdırılıb və “Onlayn Azərbaycan” layihəsi uğurla yekunlaşıb. Layihəyə start verilən zaman ölkə üzrə internetin orta sürəti 12 Mbit/s təşkil edirdisə, hazırda bu göstərici 90 Mbit/s-ə yüksəlib. Dövlət qurumlarında isə internet sürəti 150 Mbit/s-ə çatır. İlin sonunadək bu rəqəmin 200 Mbit/s-ə çatdırılması planlaşdırılır. Hazırda ölkənin bütün bölgələri, o cümlədən […]

İşçi bazarında hansı sahələr üstünlük təşkil edir

026-cı il yanvarın 1-i vəziyyətinə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 808,0 min nəfər təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, onların 865,8 mini dövlət sektorunda, 942,2 mini isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 18,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində, 18,1 faizi təhsil sahəsində, 13,8 faizi isə sənaye sahəsində çalışıb. İşçilərin […]

Zəngəzur məsələsində Ermənistan -Rusiya münasibətləri

Ermənistan Parlamentinin sədri Alen Simonyan bildirib ki, Rusiyanın TRIPP layihəsində iştirakı onun təsəvvüründə yoxdur və bu təşəbbüsün Ermənistan-Amerika layihəsi olduğunu vurğulayıb. “Rusiya yalnız TRIPP-ə diqqət yetirməməlidir. Digər marşrutlar da Ermənistandan keçir”, – Simonyan əlavə edib. O qeyd edib ki, Moskva TRIPP çərçivəsindən kənar infrastruktur layihələrində iştirak təklif edə bilər və Ermənistan bu cür təklifləri nəzərdən […]

Regionda strateji oyun

Rusiya İrəvanla Zəngəzur dəhlizi layihəsində iştirak imkanlarını müzakirəyə açıqdır Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya verdiyi açıqlamada bildirib ki, Moskva “Tripp” (Zəngəzur dəhlizi) layihəsi ilə bağlı parametrləri və Rusiyanın iştirakını İrəvanla müzakirə etməyə hazırdır. Diplomat qeyd edib ki, Ermənistanın dəmir yolu şəbəkəsi 2038-ci ilə qədər Rusiya Dəmir Yollarının törəmə şirkəti tərəfindən idarə olunur, […]