İşğaldan azad olunmuş ərazilərdə strateji yol layihələri sürətlə davam edir
Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində artıq 312 km uzunluğa malik 7 layihənin tikintisi başa çatdırılıb. Bunlara Zəfər yolu, Laçına alternativ avtomobil yolu, Tərtər-Çaylı-Suqovuşan-Talış, Talış-Tapqaraqoyunlu-Qaşaltı, Füzuli-Hadrut, Bərdə-Ağdam və Əhmədbəyli-Füzuli-Şuşa yolları daxildir. Tədbirlər Planına uyğun olaraq, ümumi uzunluğu 1885 km olan 14 layihənin 2026-cı ilədək başa çatdırılması nəzərdə tutulub. Bu layihələr arasında Ağdam-Füzuli, Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, […]