Rəqəmsal Vergi Xidməti Yeni Səviyyədə
“AzInTelecom” MMC (AZCON Holding) və Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı çərçivəsində SİMA rəqəmsal imzanın İnternet Vergi İdarəsinə inteqrasiyası genişləndirilməkdədir. Əlavə inteqrasiyalar nəticəsində daha 30-a yaxın elektron vergi xidməti artıq “SİMA İmza” ilə əlçatan olub. Bu xidmətlərə vahid bəyannamənin göndərilməsi, hüquqi şəxslərin uçot məlumatlarının dəyişdirilməsi, filial və nümayəndəliklərin fəaliyyətinin dayandırılması, vergi ödəyicisinin debitor-kreditor borclarına dair müraciətlər, […]