Browsing category

Xəbərlər

Mingəçevir Dövlət Universiteti və Bakı Dövlət Universiteti arasında birgə fəaliyyət planının icrasına start verilib

2021-ci ilin 1 oktyabr tarixindən Mingəçevir Dövlət Universiteti (MDU) və Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üzrə qəbul edilmiş birgə fəaliyyət planının icrasına başlanılıb. Fəaliyyət planına əsasən, ilk növbədə, müxtəlif istiqamətlər üzrə BDU-nun təcrübəli professor və müəllim heyəti, tanınmış alimləri tərəfindən MDU-nun gənc əməkdaşları, tələbə və magistrantları üçün mühazirələrin oxunmasını nəzərdə […]

Yeni tədris ilində Mingəçevir Dövlət Universiteti Elmi Şurasının ilk iclası keçirilib

2021-ci il sentyabrın 30-da yeni tədris ilində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının ilk iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov yeni dərs ilinin başlanması münasibətilə Şura üzvlərini təbrik edib və gündəlikdə dayanan məsələləri diqqətə çatdırıb. Əvvəlcə, 2021/2022-ci tədris ili üçün MDU Elmi Şurasının iş planı layihəsi müzakirə […]

Mingəçevir Dövlət Universitetində yeni tədris ilinə start verilib

2021-ci ilin 29 sentyabr tarixində yeni tədris ilinin başlanması ilə əlaqədar Mingəçevir Dövlət Universitetində (MDU) “İqtisadiyyat və idaretmə”, “Pedaqoji” və “Mühəndlislik” fakültələrinin tələbələri ilə silsiləvi görüşlər keçirilib. Əvvəlcə, universitetin auditoriyalarında tələbələri salamlayan MDU-nun rektoru Şahin Bayramov yeni tədris ilinə və uzun fasilədən sonra ənənəvi tədrisə başlamaq münasibətilə onları təbrik edib və uğurlar arzulayıb. Sonra, MDU-nun […]

Mingəçevir Dövlət Universitetində gənc əməkdaşlarla görüş keçirilib

2021-ci ilin 23 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin başlanması ilə əlaqədar universitetin bir qrup gənc akademik və inzibati heyət üzvü ilə görüş keçirilib. Görüşdə yeni tədris ilinin başlanması münasibətilə təbriklərini çatdıran MDU-nun rektoru Şahin Bayramov universitetin müasirləşməsi və dinamik inkişafında gənc kollektiv üzvlərinin rolundan danışıb. Ötən tədris ilində strateji hədəflərə uyğun […]

Mingəçevir Dövlət Universitetinin startap komandasının növbəti uğuru

Mingəçevir Dövlət Universitetinin (MDU) “Crisis Heroes” startap komandasının smart kənd təsərrüfatı sahəsində “Artificial Irrigation” (süni suvarma) süni intellekt əsaslı startapı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin tərəfdaşlığı, New World proqramı və Coca-Cola Fondunun maliyyə dəstəyi ilə Youth Inc. Sahibkarlıq Proqramı […]

Türkiyənin Qazi Universitetinin tanınmış professoru Mingəçevir Dövlət Universitetində fəaliyyətə başlayıb

Türkiyə Respublkasının qabaqcıl ali təhsil müəssisələrindən biri olan Qazi Universitetinin elektrik-elektronika mühəndisliyi və informasiya təhlükəsizliyi sahələri üzrə tanınmış alimi Ercan Nurcan Yılmaz 2021-ci ilin sentyabr ayından etibarən Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində professor vəzifəsində elmi-pedaqoji fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq, 2021-ci ilin 24 sentyabr tarixində MDU-nun rektoru Şahin Bayramov professor E.N.Yılmazla görüş keçirib. Görüşdə […]

Mingəçevir Dövlət Universitetində fəal tələbələrlə görüş keçirilib

2021-ci ilin 21 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin başlanması ilə əlaqədər universitetin bir qrup fəal tələbəsi ilə görüş keçirilib. Görüşdə sentyabrın 29-dan etibarən respublikamızın ali təhsil müəssisələrində ənənəvi tədrisə başlanılacağını qeyd edən MDU-nun rektoru Şahin Bayramov bu münasibətlə universitetdə təhsil alan bütün tələbə və magistrantları təbrik edib. Müzəffər Ali Baş Komandanımızın […]

Mingəçevir Dövlət Universitetində qocaman müəllimlərlə görüş keçirilib

2021-ci ilin 21 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin başlanması ilə əlaqədər universitetin qocaman professor və müəllim heyəti üzvləri ilə görüş keçirilib. Görüşdə yeni tədris ilinin başlanması münasibətilə təbriklərini çatdıran MDU-nun rektoru Şahin Bayramov çoxşaxəli universitet həyatında nailiyyətlərin əldə edilməsində, gənc pedaqoji kadrların inkişafında qocaman və təcrübəli akademik heyət üzvlərinin mühüm rolundan […]

Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşının növbəti məqaləsi nüfuzlu elmi jurnalda dərc olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) Riyaziyyat kafedrasının müəllimi Səriyə Allahverdiyevanın həmmüəlliflə birgə yazdığı növbəti elmi məqalə Hindistanda nəşr olunan “Advances In Differential Equations And Control Processes” jurnalının 2021-ci il, 24-cü cild, 2-ci buraxılışında dərc edilib. MDU əməkdaşının “Dördüncü dərəcəli psevdoparabolik tənlik üçün zamana görə qeyri-lokal olan tərs sərhəd məsələsi haqqında” (ingilis dilində: “On an inverse boundary […]

Mingəçevir Dövlət Universitetində yeni tədris ilinə hazırlıqla bağlı iclas keçirilib

2021-ci ilin 20 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinə hazırlığın vəziyyəti ilə bağlı iclas keçirilib. İclasda universitetin inzibati və akademik heyət üzvləri iştirak ediblər. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, cari ilin 29 sentyabr tarixindən etibarən ali təhsil müəssisələrində ənənəvi tədrisə başlanılmasından […]