Fransanın Azərbaycandakı səfiri Mingəçevir Dövlət Universitetində olub
2021-ci ilin 9 mart tarixində Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qross Mingəçevir şəhərinə səfəri çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) olub. Səfirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən MDU-nun rektoru Şahin Bayramov universitetin tarixi, kadr potensialı və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Mütəxəssis hazırlığı istiqamətləri, tədrisin və elmi fəaliyyətin məzmununun təkmilləşdirilməsi […]