Browsing category

Cəmiyyət

“SDG’s with Famous” layihəsinin final mərhələsi baş tutub

Layihənin bu mərhələsində hər bir komanda öz mentorlarının dəstəyi ilə uzun müddətdir ki, üzərində işlədikləri komandalarına uyğun dayanıqlı inkişaf layihələrini təqdim ediblər. Belə ki, “Yoxsulluğa Son”; “Keyfiyyətli Təhsil”; “Gender bərabərliyi”; “Sənaye, İnnovasiya və İnfrastruktur”; “İqlim fəaliyyəti” və “Məqsədlər üçün Tərəfdaşlıq” komandaları bu mərhələdə öz dayanıqlı inkişaf layihələrini təqdim ediblər. Layihələr 4 fərqli münsif tərəfindən dəyərləndirilib. […]

“Gənclər arasında könüllülüyün təbliği” layihəsinin icrası başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondu və Kürdəmir Gənclər Evinin tərəfdaşlığı ilə “Gənclər arasında könüllülüyün təbliği” layihəsinin icrası başa çatıb. İyirmi gənc könüllünün iştirak etdiyi layihə “İdeyanı Reallaşdır – 2023” müsabiqəsinin qalibi, layihə rəhbəri Bakı Dövlət Universitetinin dövlət və ictimai münasibətlər ixtisası üzrə 3-cü kurs tələbəsi Əliyeva Sona Rahman qızı layihə iştirakçılarına təşəkkür edib, onlara uğurlar arzu […]

Oyunçu, yoxsa qalib?

Oyunlar, yarışlar keçirilən zaman hamının diqqəti adətən oyunçularda olur. Onların oyununu maraqla izləyirsən, müəyyən vaxt ərzində onların adlarını belə öyrənirsən. Oyununu bəyəndiyin oyunçunun isə həmişəlik azarkeşi olursan. Lakin oyunu daha diqqətlə izləyən, narahat-narahat kənarda var-gəl edən, bəzən əl-qol hərəkətləri ilə oyunçulara nəsə başa salan, bəzən də hakim ədalətsizliyinə dözməyib müdaxilə edən daha biri olur, bəli […]

Bakı Avrasiya Universitetində “Avtomobilsiz hərəkət edək” aksiyası keçirilib

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və COP29 çərçivəsində ekoloji məsuliyyətin artırılması məqsədilə Bakı Avrasiya Universitetində (BAAU) “Avtomobilsiz hərəkət edək” adlı aksiya təşkil olunub. Aksiyada universitetin akademik-inzibati heyəti və tələbələr piyada, velosiped, skuter və ictimai nəqliyyat vasitələrindən (avtobus və metro) istifadə edərək universitetə gediblər. Aksiyanın əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərindən (Sustainable Development […]

Bakı Avrasiya Universitetində 8 Noyabr- Zəfər Günü qeyd edilib

Bakı Avrasiya Universitetində (BAAU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, prof. Hikmət Məmmədov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Vətən müharibəsi qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov, universitetin şəhidi Anar İsgəndərovun atası Vahid İsgəndərov, hərbi ekspert Ramil Məmmədli, Azərbaycan […]

Qarabağ müharibəsi şəhidlərinin xatirə əşyaları nümayiş olunub

Mingəçevir Turizm Kollecində Zəfər Günü ərəfəsində Qarabağ müharibəsi şəhidlərinin xatirə əşyalarından ibarət sərgi təşkil edilib. Açıq hava şəraitində təşkil olunmuş sərgidə əllidən çox şəhidin şəxsi əşyaları nümayiş etdirilib. Zəfər Gününün 4-cü ildönümünə həsr olunmuş sərgidə öncə  Birinci və İkinci  Qarabağ müharibəsi, Aprel döyüşləri və Antiterror əməliyyatları zamanı şəhid olmuş igidlərimizin əziz ruhuları bir dəqiqəlik sükutla […]

Valideynləriniz tənha qalmayacaq

Əgər valideynlərinizdən uzaqda yaşayırsınızsa,  bu şəxslərə qulluq etməyi bizə etibar edə bilərsiniz. Təlim keçmiş işçilərmiz  onlara  baş çəkəcək və aşağıdakı xidmətləri yerinə yetirəcək: -Ərzaq və dərman alınması; -Asudə vaxtın təşkili (digər həmyaşıdları ilə birlikdə ekskursiyalar, teatr və kino tamaşalarına baxış, birgə nahar və müzakirələr); -Digər xidmətlər (əlavə razılaşma üzrə yemək hazırlanması, evin təmizlənməsi, paltarların yuyulması […]

BAAU ilə Təhsil Tələbə Krediti Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb

2024-cü il oktyabrın 25-də Bakı Avrasiya Universiteti (BAAU) ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu (TTKF) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. İmzalanma tədbirindən öncə BAAU-nun rəhbərliyi ilə TTKF-nin nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə BAAU-nun rektoru dosent Səyavuş Qasımov və TTKF-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov […]

Mingəçevir Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası uğurla davam edir

Mingəçevir Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası uğurla davam edir. Bu aksiyanın keçirilməsində əsas məqsəd ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitin qorunmasına və təbiətə qayğı göstərməyə yönəlik maarifləndirici işlər aparmaqdır. Universitet rəhbərliyinin, tələbələrin və əməkdaşların fəal iştirakı ilə baş tutan aksiyada müxtəlif növ ağaclar əkilərək yaşıllıq sahələri genişləndirilir. Aksiyanın məqsədi, yalnız yaşıllıqları […]

Bakı Avrasiya Universiteti “Yaşıl dünya naminə hərməylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

23 oktyabr 2024-cü il tarixdə Bakı Avrasiya Universiteti (BAAU) Nərimanov rayonu ərazisində yerləşən parkda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası təşkil edib. Ekoloji davamlılığı təmin etmək, ətraf mühiti qorumaq və yaşıllaşdırmaq məqsədilə keçirilən aksiyada BAAU-nun akademik və inzibati heyəti, həmçinin tələbələr iştirak ediblər. Park ərazisində BAAU kollektivi tərəfindən 100 ağac əkilib, suvarılıb və […]