Browsing category

Cəmiyyət

Zorakılığa qarşı qanunvericilik bazası kifayət qədərdir, lakin təcrübədə qanunlar işlək deyil

Martın 5-də “Qadın  Hüquqları – Türkiyə və Azərbaycanda bu sahədə əldə olunan nailiyyətlər və mövcud çətinliklər” mövzusunda onlayn seminar keçirilib. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi Zülfiyyə Quliyeva iştirakçıları salamladıqdan sonra qurumun Ali Komissarı Mişel Başeletin Beynəlxalq Qadınlar Gününün əhəmiyyətindən, qadın liderliyindən  bəhs edən video müraciəti dinlənilib. Seminarda Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Sima Yaqubova […]

“Xocalı: Ədalətin zəfəri”

Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Konfransı açıq elan edən moderator Ümummilli Lider Heydər Əliyevin Xocalı soyqırımının on illiyi ilə əlaqədar xalqımıza müraciətində qeyd etdiyi kimi, bu amansız və qəddar soyqırım aktının insanlıq tarixinə ən qorxulu kütləvi terror […]

Mingəçevirdə Xocalı faciəsinin anım günü nə ilə yadda qaldı?

Xocalı faciəsinin 29-cu ildönümü Mingəçevirdə soyqırım abidəsinin ziyarəti ilə başlanıb. Dövlət qurumları və ictimaiyyət nümayəndələri pandemiya səbəbindən kiçik tərkiblə Şəhidlər Xiyabanına gəliblər. Torpaqlarımızın azadlığı uğrunda həyatını dəyişənlərin ruhlarına dua verilib. Bundan sonra iştirakçılar Soyqırım abidəsi önünə tər gülllər düzərək, faciə qurbanlarımızın xatirəsini yad ediblər. Ardınca dövlət və ictimaiyyət nümayəndələri Mingəçevir Şəhər İcra Hakimiyyətinin YAP şəhər […]

“ATAM MƏNİ SEVİR-– Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması” layihəsi Qaxda və Mingəçevirdə

BMT-nin Əhali fondu (UNFPA Azerbaijan) ilə birgə həyata keçirdiyimiz “ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması” layihəsi çərçivəsində paytaxt və regionlarda vörkşoplara (seminarlara) start veririk. Növbəti günlərdə Qax rayonunda və Mingəçevir şəhərində olacağıq. Uzunmüddətli virtual görüşlərdən sonra fiziki təlimlərə start veririk. 10 nəfərdən ibarət 2 qrup olmaqla hər qrup üçün seminarlar 1 gün keçiriləcək. […]

“Expresión México” xəbər saytı Xocalı soyqırımından yazdı

“Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır”. Bu barədə Azərbaycan – Iberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Meksikanın “Expresión México” xəbər saytına bildirib. “25-26 fevral 1992-ci il tarixlərində Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ bölgəsindəki Xocalı qəsəbəsinə daxil olaraq, 63 uşaq da daxil olmaqla 613 azərbaycanlı soydaşımızın qətlini əhatə edən insanlığa qarşı […]

Uşaqları niyə aldadırıq?

Uşaq anadan olanda anası ona süd verir, qayğı, nəvaziş göstərir, çünki uşağın məhz bunlara ehtiyacı olur. Sonrakı  günlərdə, həftələrdə, aylarda, hətta illərdə uşaqlara onların ehtiyacı olanları vermək valideynin, onlara qayğı göstərən insanların vəzifəsi və borcudur. Uşağa süd verərkən ana uşağına xoş sözlər, layla deyir, onun rahat yeməsi və yatması üçün lazım olanları edir, çünki etməlidir! […]

Azərbaycan və Avropa İttifaqının tərəfdaşlığını əks etdirən yeni platforma: eu4azerbaijan.eu

Bu gündən etibarən Azərbaycan və Avropa İttifaqının  tərəfdaşlığını əks etdirən  https://eu4azerbaijan.eu adlı yeni platformadan istifadə edə bilirik. Bu veb sayt Aİ-nin Hökumətə birbaşa maliyyə dəstəyi, texniki yardım layihələri, vətəndaş cəmiyyətinə qrantlar və ya Erasmus + kimi Aİ proqramlarına giriş, Azərbaycanda həyata keçirilən 131 Aİ layihəsi barədə ətraflı məlumat təqdim edir. Veb saytda ölkə boyu Aİ-nın […]

Torpaqlarımıza göz dikənlərin başında dəmir yumruq olacaq

Bu ilki gənclər gününü əvvəlki illərdən fərqli hisslərlə kecirdik. Çünki bu il bu günü qalib bir dövlətin, öz əbədi-əzəli torpaqlarını azad etmiş bir millətin, ərazi bütövlüyünü təmin eymiş bir dövlətin qürurlu gəncləri və vətəndaşları olaraq qeyd etdik.Məlum olduğu kimi 2020- ci il 27 sentyabrdan 10 noyabra qədər 44 günlük Vətən müharibəsi dediyimiz II Qarabağ müharibəsi […]

İkinci Qarabağ Müharibəsi müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvoludur

Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba, tarixi torpaqlarından (Zəngəzur, Göyçə, İrəvan mahalı) didərgin salındı. Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə […]