Browsing category

Cəmiyyət

Ehtiyatlı ol, Azərbaycan əsgəri!

Salam əsgər! Sən məni tanımasan da mən səni ən əziz, ən doğma adamım kimi tanıyıram. Tozun-torpağın içində, mərmi yağışlarının altında dayanmadan irəlilədiyini görürəm. Bizim  otuz il əvvəl buraxdığımız səhvləri aradan qaldırmaq, Azərbaycana diplomatiya dərsi keçənlərə yeni Azərbaycan tarixini öyrətmək sənin öhdənə düşüb. Nə gizlədim, 90-cı illərdə mənfur düşmənlərimizlə savaşda biz döyüşü uduzduq. Onlara çoxlu kömək […]

Azərbaycan ilk dəfə Beynəlxalq Sosial Sahibkarlıq Forumuna ev sahibliyi edib

Təhsil və sosial sahibkarlıq sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə oktyabrın 28-də Azərbaycanda ilk dəfə sosial sahibkarların beynəlxalq forumu keçirilib. Azərbaycanda ikinci dəfədir təşkil olunan forumun məqsədi sosial sahibkarlığın ölkənin sosial-iqtisadi inkişafında rolunu, dövlətin bir sıra məqsədlərinə nail olmaq üçün innovativ vasitə olduğunu diqqətə çatdırmaq və bu […]

Əsgərə məktub.

Salam əsgər! Bu məktubu sənə Mingəçevir şəhərindən yazıram, balaca şəhərdir, amma başqa şəhərlər kimi o da səs-küylüdür. Yaşayış binalarının hər tərəfini əhatə edən yollarda aramsız şütüyən avtomobillər, məhəllələrdə çığırışan uşaqlar. Son vaxtlar bu səs-küy daha da artıb və bu səslərə, tez-tez səslənən qələbə xəbərlərinə  sevinənlərin və uşaqların -“Qarabağ Azərbaycandır!” şüarları da qarışıb. Lakin bu səs-küydə […]

İsrailin Azərbaycandakı səfiri: “Mülki insanlara, dinc əhaliyə qarşı hücumlar qəbul olunmazdır”

Bu gün oktyabrın 23-də İsrailin Azərbaycandakı səfiri Corc Dik Mingəçevirdə səfərdə olub. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov səfirə Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələrdən, eyni zamanda cəbhə bölgəsindən xeyli kənarda yerləşən və dinc əhalinin yaşadığı rayonlara erməni hərbi birləşmələrinin uzaq və yaxınmənzilli raketlər, top mərmiləri atmasından danışıb. Səfir bildirib ki, o […]

Əsgərlərimiz yaşasın!

İnsan böyük mənadır, çox böyük məna, bəlkə də ağlımız almayacaq qədər böyük. Bu haqda danışmaq çətindir, amma bəzən, bu böyük mənanın daşıyıcısı olan insan özünü elə hallara salır ki, çox kiçilir, alçalır, zəhlətökən olur, əl-ayağa dolaşır, hətta qatil və vicdansız olur. Əslində, insan yaxşı ilə pis arasındakı spektrin bütün rənglərində, çalarlarında ola bilir: yaxşı, yaxşı […]

86 yaşlı tənha qadın pensiyasını orduya bağışladı

Bu gün Sosial Xidmətlər Agentliyinin 15 saylı saylı Mingəçevir filialına müraciət edən Mingəçevir sakini,  86 yaşlı Gülavər Aslanova pensiyasının bir aylıq məbləğini Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə etmək istədiyini bildirib. Qurumun müdir əvəzi Zəfər Hacıyev dediyinə görə, ona bu işin icrasında yardım göstərilib: “Onun bu arzusunu reallaşdırmaq üçün öz iştirakı ilə Beynəlxalq Bank […]

Cəbrayılda “Gültəkin” əməliyyatı

Cəbrayıl şəhərini azad etmək uğrunda qızğın döyüş gedir. Birazdan şəhərə girəcəyik. 5 dəqiqə fasilə vermişik ki, özümüzə gələk. Hamımız ölümü gözə almışıq. Bilirik ki, burdan sağ çıxmamaq da var. Dostlarla halallaşdıq, bir-birimizə vəsiyyətlərimizi etdik. Dedim son dəfə evdəkilərdən danışım, səslərin eşidim. Nə isə yoldaşlardan prostoy telefonu alıb evi yığdım. Telefonda diktofondadı hamı eşidir. Mamam götürdü. […]

AZƏRBAYCAN XALQININ İRADƏSİ SARSILMAZDIR

Oktyabrın əvvəllərində erməni  tərəf cəbhə boyu məğlubiyyətdən qorxaraq atəşkəsin əldə edilməsi ilə bağlı Azərbaycana yalvarmağa başladı, bir çox dövlətləri vasitəçi olmağa səslədi. Həmsədr dövlətlər, daha doğrusu ermənipərəst dövlətlərin rəhbərləri Azərbaycan ilə Ermənistanı danışığa dəvət etdilər. Moskva şəhərində baş tutan danışıqda  humanitar atəşkəs əldə edilsə də düşmən bu sazişə heç bir saat belə əməl etmədi, silahlar […]

Doğrular və xaos…

Dünya xaosdan yaranıb və xaosa doğru da irəliləməkdədir… Dünya necə yaranıb, nədən yaranıb, nə vaxt yaranıb, sonu varmı? Əslində bu sualları davam etdirmək də olar, ancaq bu qədəri də bəsdir, çünki heç kim bu suallara düzgün, inandırıcı cavab verə bilmir və cavab verəcək birinin olacağına da inanmıram. Amma çox inandığım bəzi məqamlar var. İnandıqlarımın nələr […]

Azərbaycan işğalçıya qarşı Vətən Müharibəsi aparır

Azərbaycan torpaqlarının 20 faizi 30 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal altında saxlanılır. Düşmən doxsanıncı illərdə dayanmadan ölkəmizin Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda dəfələrlə təxribatlar, terrorlar, yanğınıar törətməklə torpaqlarımızı işğal edib, 1 milyona yaxın insan yurd yerindən məcburi köçkün düşüb. Ötən illər ərzində  Minsk Qrupunun həmsədrliyi ilə danışıqlar aparılsa da, dövlətimizin yalnız bir və […]