Browsing category

Uncategorized

Müdafiə Nazirliyində maaşlarda yenilik

Nazirlər Kabineti Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin maaşlarında dəyişiklik edib. Qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb. Dəyişikliyə əsasən, 2025-ci il 25 aprel tarixli 138 nömrəli qərarla təsdiqlənmiş hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşları və dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq maaşları yenilənib. Sənəd Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 oktyabr tarixli fərmanının […]

Tehrandakı nüvə laboratoriyalarına zərbə endirildiyi iddia olunur

İsrail Hərbi Hava Qüvvələrinin gecə saatlarında İranın paytaxtı Tehranda yerləşən nüvə laboratoriyalarına zərbələr endirdiyi bildirilir. Bu barədə Channel 12 mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, hücumlar gecə saatlarında həyata keçirilib və hədəf kimi nüvə proqramı ilə əlaqəli obyektlər seçilib. Hadisə ilə bağlı İran tərəfi hələlik rəsmi açıqlama verməyib.

İsrail müharibədəki itkilərin statistikasını açıqladı

İsrail İranla müharibə zamanı meydana gələn itkilərin statistikasını açıqlayıb. Məlumata görə, hərbi əməliyyatların başlanmasından — 28 fevraldan etibarən 502 nəfər xəstəxanaya yerləşdirilib. Raket hücumları nəticəsində 138 nəfər xəsarət alıb, onlardan 10 nəfər həyatını itirib. Xəsarət alanların vəziyyəti belədir: 2 nəfər ağır, 6 nəfər orta dərəcəli, 120 nəfər isə yüngül xəsarət alıb. Sığınacaqlara tələsərkən 359 nəfər […]

Sumqayıt və Qazax kolleclərinə yeni direktor müavinləri təyin edilib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Sumqayıt və Qazax kolleclərində yeni rəhbər təyinatlarının həyata keçirildiyini açıqlayıb. Agentliyin müvafiq əmrlərinə əsasən, Zülfiyyə Hüseynova Sumqayıt Musiqi Kollecində tədris işləri üzrə direktor müavini, Turanə Məmmədova isə Qazax Dövlət Sosial-İqtisadi Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə gətirilib. Zülfiyyə Hüseynova Azərbaycan Milli Konservatoriyasında “Musiqişünaslıq” ixtisası üzrə bakalavriat, magistratura […]

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib

2026-cı il martın 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov qurumun son dövrlərdə həyata keçirdiyi fəaliyyət və görülən işlər barədə məlumat verib. O, həmçinin qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan xanımlarını təbrik edərək onlara sağlamlıq, xoşbəxtlik və işlərində […]

“Heydər Əliyev İrsinin Davamçıları – Konstitusiya Elçiləri” layihəsi üzrə yekun tədbir keçirilib.

Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi fərdi qrant müsabiqəsinin qalibi olmuş “Heydər Əliyev İrsinin Davamçıları – Konstitusiya Elçiləri” layihəsi üzrə yekun tədbir keçirilib. Layihənin yekun tədbiri Mingəçevir Gənclər Evində təşkil olunub. Tədbirdə layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər, keçirilmiş maarifləndirici təlimlər və əldə olunan nəticələr iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, […]

Keçmiş Pentaqon rəsmisindən diqqətçəkən iddia

“Türkiyə növbəti beş il ərzində nüvə silahına sahib ola bilər”. Teleqrafın məlumatına görə, bu fikri ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sabiq rəsmisi Maykl Rubin Hindistan mediası üçün qələmə aldığı məqalədə səsləndirib. O bildirib ki, Türkiyə NATO üzvü kimi alyansın 5-ci maddəsinin təmin etdiyi kollektiv müdafiə mexanizmindən yararlanır. Həmin maddəyə əsasən, üzv dövlətlərdən birinə qarşı hücum bütün […]

Ali Məhkəmə şəxsi və ailə həyatını qorumaq üçün yeni qərarı qəbul etdi

Ali Məhkəmə yeni Plenum qərarı ilə “Şəxsiyyət hüquqlarının müdafiəsi” sahəsində məhkəmə təcrübəsini yeniləyib və şəxsi toxunulmazlıq hüququnu şərəf və ləyaqətin müdafiəsindən fərqləndirib. Qərara görə, şəxsi və ailə həyatına hörmət hüququ konstitusion səviyyədə qorunur və hər kəs öz məlumatları ilə tanış ola, düzgün olmayan və ya qanunsuz yolla toplanmış məlumatların düzəldilməsini və ya silinməsini tələb edə […]

Qrenlandiyada ehtiyat çağırışı

Qrenlandiya hökumətinin üzvü olan kənd təsərrüfatı naziri Peter Borq yerli əhaliyə ehtiyatlı olmağı tövsiyə edib. Nazir bildirib ki, hazırda ada üçün konkret təhlükə yoxdur, lakin mümkün risklərə qarşı hazırlıqlı olmaq vacibdir. Onun sözlərinə görə, sakinlər evlərində azı beş gün kifayət edəcək ərzaq ehtiyatı saxlamalıdırlar. Borq vurğulayıb ki, bu çağırış panika ilə bağlı deyil və yalnız […]