ANA SƏHİFƏKİTABƏVVƏLKİ

Kütləni məlumatlarınız ətrafında necə toplamalı?

figs/incoming/06-BB.png
Şəkil 116. əgər bir sənəd maraqlıdırsa, onu əlavə tədqiq etməliyikmi? (Wired.co.uk)

Məlumatın nəşrindən sonra ən vacib olan ilk münasibəti auditoriyadan alırsınız. Biz insanıq, səhv edə bilərik, bir şeyi unuda bilərik zaman keçdikcə səhv nəticələrə gəlib çıxa bilərik. Sizin auditoriyanız bu işdə sizin ən böyük sərvətinizdir. Onlar bəzi məsələləri faktiki olaraq yoxlaya və sizin təsəvvür edə bilməyəcəyiniz şeyləri göstərə bilərlər.
Əlbəttə auditoriyanı məşğul etmək bir qədər çətindir. Siz elə insan qrupları ilə münasibət qurursunuz ki, onlar illrdir ki, internetdə səhifələri dolaşaraq çox şeylər bilir, və yeri gələrkən öz tənəli şərhlərini yazmağı unutmurlar. Özünüzlə istifadəçiləriniz artasında müəyyən qədər inam yaratmaq çox vacibdir. Onlar nə əldə edəcəklərini, müəyyən məsələyə necə münasibət bəsləyəcəkləırini və nəhayət sizin tərəfinizdən hansı münasibəti eşıdəcəklərini bilmək istəyirlər. Ancaq, si hansı auditoriyaya malik olduiğunuzu və sizing necə birauditoriyaya ehtiyacınız oilduğunu bilməyiniz lazımdır. Bunu sizin üzərində çalışacağınız məlumat sizə deyəcəkdir. Əgər həmin mə\lumat xüsusi qrup adamlar üçündürsə, siz həmin sektor ilə münsib ünsiyyət qurmaq yolları barədə düşünməlisiniz. Əlinizdə olan və daha geniş auditoriya ilə işləyəcəyiniz resursları nəşr etmək üçün ticarət sektorunda əlaqə yarada biləcəyiniz elə bir qurum vardırmı ki sizə kömək etmək istəsin? Elə bir ictimai veb səhifəsi vardırmı ki, onunla əlaqə yaradasınız? Məlumatlarınızın içərisində sizin hekayələriniz barədə öz nəşrləri vasitəsilə məlumat verəcək ticarət bölməsinin nəşrləri vardırmı?
Sosial media, baxmayaraq ki, sizing çalışdığınız məlumatın tipindən asılıdır, çox mühüm bir alətdir. Əgər siz qlobal yükdaşımadan bəhs edirsinizsə, çox güman ki, Facebook-da və yaxud Tüitter-də elə qrup insanlar tapa bilərsiniz ki, sizin işinizlə maraqlansınlar. Digər tərəfdən, əgər siz yerli və yaxud qlobal masştabda korrupsiya hallarını ələkdən keçirirsinizsə, çox güman ki, o daha çox insan kütləsini maraqlandıracaqdır. Tüitter-ə gəlincə, burada daha yüksək rütbəli insanlarla əlaqə yaratmaq ən yaxşısı olardı, o sizə işin nə üçün çox əhəmiyyətli olduğunu izah edər və hətta müəyyən link də verərdi. Hər hansı bir uğurunuz olduqda onlar da öz adamlarına bu barədə məlumat verərdilər. Bu ən az cəhd göstərməklə insanları qəzəbləndirmədən işinizə maksimum təsir edə bilərdiniz.
Səhifənizdə insanlar olduqda insanların sizing işinizə necə münasibət bildirəcəkləri barədə də düşünməlisiniz. Əlbəttə, onlar sizin yazmış olduğunuz hekayələri oxuya, qrafiklərinizə, xəritələrinizə bax bilərlər, lakin istifadəçilərinizə rəy bildirmələri üçün ipucu vermək çox dəyərli olardı. Ən dəyərlisi isə o olardı ki, onlar sizin yazmaqda olduğunuz və gələcək işləriniz barədəki məlumatlar barədə öz fikirlərini bildirəydilər. Əvvəla deməyə\ ehtiyac yoxdur ki, siz xam materialı özünüzün məqalələrinizdə verəsiniz. Bunu ya vergüllə ayrılmış bir sadə mətn vasitəsilə, ya da Google sənədləri formasında yerləşdirmək lazımdır. Bu zaman məlumatın yalnız bir versiyası olacaq ki, orada sonralar bir səhv tapdıqda və yaxud dəyişiklik etmək istədikdə bu mümkün olacaq. Yaxşı olar ki, ikisini də edəsiniz. Sizin xam materiallarınızdan istifadə edə bilmələri üçün bunu mümkün qədər sadə bir formada edin. Sonra isə auiditoriyanızın öz rəyini bildirə bilmələri üçün daha hansı üsullar ola bilər? Diqqət yetirin ki, hansı nöqtələrdə auditoriyanın münasibətini öyrənə bilərsiniz. Təbii ki daha çox baxılmış sahələrdə buna nail olmaq olar. Məsələn, ola bilsin ki, İslandiyada yoxsulluq səviyyəsi haqqında bir şey bilmirsiniz, lakin əgər həmin sahələrə daha çox baxılarsa, düşündürücü bəzi şeylər meydana çıxa bilər.
Şərhlər qutusundan kənarı da unutmayın. Cədvəlin xüsusi xanalarına müəyyən şərhləri əlavə edə bilərsiniz? Və yaxud qrafikdə xüsusi bir region üçün bunu edə bilərsiniz? Yerləşdirici nəşr sistemləri bunu etməsələr də, çox ciddi bir iş üçün bunu etməyə dəyər. Onun sizin mə\lumata gətirdiyi fayda ölçüyə gəlməzdir. Elə edin ki, başqa istifadəçilər də həmin şərhləri görə bilsinlər. Bir çox hallarda bunun da çox əhəmiyyəti olur. Əgər həmin informasiyanı özündə saxlayırsansa, özünü belə bir dəyərdən məhrum edirsən.
Nəhayət, başqaları da eyni məlumat mənbəyi üzərində öz infoqrafiklərini və hekayələrini nəşr edə bilərlər. Onları bir birləri ilə əlaqələndirmək və profilləri görmələrinə imkan vermə\k lazımdır. Siz məlumat şəbəkələri üçün xas olan spesifik teglərdən istifadə edə bilərsiniz və yaxud əgər o çox şəkillidirsə, Flickr qrupdan istifadə edə bilərsiniz
Məlumatdan bir qədər məxfi istifadə etmək üsulu olsaydı, çox yaxşı olardı, bəzi hallarda insanlar öz məlumatlarını ictimaiyyətə açmaq istəmirlər, onu məlumat şəbəkələrinə ötürmək istəmirlər. Həmin adamlar bunun üçün elektron poçtdan və yaxud anonim şərhlər qutusundan istifadə edə bilərlər.
Malik olduğun məlumat üçün edə biləcəyin ən mühüm şey- ondan mümkün qədər daha geniş və daha açıq istifadə etməkdir. Öz oxucularına sizin işinizi yoxlaya bilmək, onun haqqında rəyini bildirmək, yaddan çıxardığınız şeyləri göztərmək imkanı vermək sizin jurnalistikanıza, iş təcrübənizə və oxucularınıza verə biləcəyiniz ən yaxşı şeydir.

Dunkan Geer, Wired.co.uk

ANA SƏHİFƏKİTABƏVVƏLKİ