ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

İncələmə işləri. Ondan istifadə edin!

İnformasiya qanunvericiliyinə görə İnformasiya Azadlıqdan istifadə edilməsi- bəzən ona azadlıqdan istifadə etmə-Wobbing works də adlandırırlar. Bu əla bir alətdir, lakin metod və inadkarlıq tələb edir.Gücü, çağırışı və araşdırıcı journalist kimi çalışmamı göstərən 3 misala baxaq

figs/incoming/04-BB.png
Şəkil 56. Təsərrüfat subsidiaları veb saytı (Farmsubsidy.org)

Halın öyrənilməsi 1: Təsərrüfat subsidiyası

Hər il Aİ fermerlərə və təsərrüfat sənayesinə demək olar ki, 60 milyard avro ödəyir. Hər il. Bu 1950-ci illərin sonundan bəridir ki, belə davam edir və bunu belə şərh edirlər ki, subsidialar bizim ən kasıb fermerlərimizə kömək edir. Ancaq, 2004-cü ildə Danimarkada ilk FOİ-nin incələnməsində göstərildi ki, bu sadəcə olaraq bir şərhdir.Kiçik fermerlər mübarizə aparır, təklikdə və ictimaiyyat arasında gileylənirdilər. Əslində pulun böyük hissəsi cəmi bir neçə böyük torpaq sahiblərinə və kənd təsərrefatı sənayesinə gedirdi. Beləliklə, mən bilmək istəyirdim: Bütün Avropada buna bir nümunə varmı?
2004-cü ilin yayında mən Avropa Komissiyasından məlumat istədim Hər ilin Fevral ayında komissiya üzv dövlətlərdən məlumat alır. Məlumatda vəsait üçün kimlərin Aİ-na müraciət etdiyi nə qədər benefisiantların müraciət etdiyi və onların öz torpaqlarında təsərrüfat fəaliyyət üçünmü müraciət etdiyi yoxsa süd tozu ixrac etmək üçün müraciət etməsi göstərilir. O vaxt Komissiya rəqəmləri CSV kimi CD-də alırdı. Xeyli məlumatdır, prinsipcə istifadəsi də asandır,əgər ala bilsən, odur.
2004-cü ildə Komissiya məlumatı nəşr etməkdən imtina etdi. Əsas arqument bu idi ki, məlumat bazaya yüklənmiş və onları çıxarmaq üçün xeyli iş görmək lazımdır. Avropa ombudsmanı bunu inzibati çatışmazlıq adlandırmışdır.Bu halda bütün sənədləri wobbing.eu. vebsaytında tapa bilərsiniz. 2004-cü ildə bizim qanun tələb etməyə vaxtımız yox idi, biz məlumat almaq istəyirdik..

Biz bütün Avropadakı tərəfdaşlarımızla birləşərək məlumatı ölkə bə ölkə axtarmağa girişdik. İngilis, İsveç və Holland həmkarlarımız məlumatları 2005-ci ildə tapdılar. Finlandiya, Polşa, Portuqal və İspaniyanın bir sıra regionlar, Sloveniya və başqa regionlar lar da bu məlumatları açdılar. Var gəl etməyin çətin olduğu Almaniyada bir sıçrayış etdim və 2007-ci ildə şimali Reyn Festfaliyada bir qədər məlumat əldə etdim. Mən məlumatı almaq üçün məhkəməyə getməli oldum və bu Stern and Stern onlinexəbər jurnalında daha bir neçə maraqlı hekayənin yaranması ilə nəticələndi.

Danimarka və BK-nın öz məlumatlarını birinci olaraq açmalarında bir uyğunluq vardımı? Məncə, o qədər də yox. Daha geniş siyasi mənzərəyə baxanda görürük ki, təsərrüfat subsidiyalarına DTT (Dünya Ticarət Təşkilatı) kontekstində danışıqları gedəndə və subsidiyalar təzyiq altında olanda baxılmalı idi. Danimarka və BK Avropada ən liberal ölkələr sırasındadır və güman ki, həmin ölkələrdə aşkarlığa qarşı siyasi küləklər əsmişdir.
Hekayə burada qurtarmadı, daha çox epizodları görmək və məlumat üçün üçün farmsubsidy.orgsaytına baxın.

Dərs:Söz bazarlığı edin. Bizim Avropada inanılmaz dərəcədə informasiya azadlıqları mövcuddur, burada müxtəlif ölkələrin müxtəlif dövrlərdə müxtəlif siyasi maraqları vardır. Bundan siz öz xeyrinizə istifadə edə bilərsiniz.

Halın öyrənilməsi 2: Yanaşı təsirləri

Təbabətdən danışanda bi hamımız Qvineya donuzları oluruq. Dərmanların yanaşı təsirləri olur. Biz hamımız bunu bilirik, biz potensial mənfəətimizlə potensial risklərimizi balanclaşdırıq və qərar veririk. Bədbəxtçilikdən bu qərar məlumatlandırılmış qərar olmur.
Yeniyetmələr üzlərindəki səpgilərə qarşı pis əhvali ruhiyyə deyil, daha hamar sifər ümidiylə həblər içirlər. Ancaq belə bir şey baş vermişdi. \yeniyetmələr dərman qəbul etmiş, bundan sonra depressiyaya düşmüş, hətta intihar halına gəlib çımışdılar. Dərmanın bu yanaşı effekti jurnalistlər üçün hər deyəndə tapılmayan bir hekayəyə çevrilmişdi.
Yanaşı effektlər haqqında məlumat vardır. İstehsalçılar həmişə səhiyyə təşkilatlarına dərmanların yanaşı təsirləri haqqında məlumatları çatdırırlar. Onlar dərmanın bazara çıxarılmasına icazə verəndə milli və ya Avropa təşkilatları tərəfindən bunu həyata keçirirlər. İlk nailiyyətimiz yenə dövlət səviyyəsində Danimarkada oldu. Danimarka-Hollandiya-Belçika komandası tərəfində sərhəd keçid məntəsəsindəki bir araşdırma zamanı Niderland da açıldı. Söz bazarlığına daha başqa bir misal: biz Holland rəhbərliyinə göstərə bildik ki, Danimarkada bu cür məlumatlara giriş var.
Lakin hekayə doğru idi. Avropada narkomaniyanın nəticəsində intihar həddinə çatmış qəmgin gənclər vardı. Jurnalistlər, tədqiqatçılar və həmin gənc qurbanın ailəsi təzyiq göstərərək bu informasiyaya giriş tələb edirdilər. Avropalı ombudsman Avropa tibb təşkilatlarında aşkarlığın təmin olunmasında kömək etdi və bu elə göründü ki, onlar uğur qazandılar. İndi jurnalistlərin qarşısında bir vəzifə durur ki, məlumatları əldə edib materialı daha hərtərəfli araşdırsınlar. Görəsən, biz tədqiqatçının qənaətincə Qvineya donuzlarıyıq, yoxsa, nəzarət mexanizmləri təhlükəsizdir?
Dərslər: Söhbət aşkarlıqdan gedəndə heç bir inkar cavabı qəbul etməyin. İnadkar olun bir hekayənin üzərinə zaman keçdikcə qayıdın. Şeylər çox dəyişə bilər son anda daha yaxşı əlçatarlılıq olanda daha yaxşı reportaj yaratmağa imkan verər.

Halın öyrənilməsi 3: Qaçaqçılıq yolu ilə ölüm

Yeni tarix bütün əhali üçün ağrılı ola bilər, xüsusilə də müharibədən sonra və yaxud, keçid dövründə. Beləliklə, jurnalistlər çətin məlumatları araşdırmaq üçün, belə bir sual qoymaq olar: məsələn müharibədən qazananların hansı indi iqtidardadır? Bu Sloveniya, Xorvatiya və Bosniya jurnalistlərindən ibarət komandanın ardınca düşdüyü bir çalışma idi.

Komanda 1990-cı illərin əvvəllərində keçmiş Yuqoslaviya ərazisind BMT embarqosu zamanı silah ticarətini tədqiq etmək işinə başladı. İşin əsasında bu mövzu ilə bağlı parlament sorğuları dururdu. Daşıma marşrutlarını sənədləşdirmək və ticarətin quruluşunu başa düşmək üçün nəqliyyat vasitələri limanlardakı gəmi nömrələrinə və yük maşınlarının lisenziya nömrələrinə görə izlənməli idi. Sloveniya parlament komissiyaları Balkan müharibələrində saxtakarlıqla bağlı suallarla sorğu keçirmiş, lakin bir nəticə hasil edə bilməmişdi. Lakin hələ də 6000 səhifədən çox təsnif olunmamış sənədlərin və məlumatın dəyərli izləri qalmışdı. Həmin məlumatı Sloveniya komandası İnformasiya tələb etmə azadlığı vasitəsilə əldə etmişdi.
Bu halda məlumat bazalarında növlərə ayrılmış sənədlərin içərisindən həmin məlumat çıxarılmalı idi. Məlumatı sonrakı məlumatlarla, təhlil və tədqiqatlarla böyütməklə onlar çoxlu sayda qeyri qanuni silah ticarəti marşrutlarını xəritələşdirə bildilər Komanda uğur qazandı və nəticələr unikal oldu, həmin komanda ilk mükafatını qazandı. Region üçün daha çox əhəmiyyət kəsb edən hekayə, öldürücü silahların keçdiyi başqa ölkələrin jurnalistləri tərəfindən yaxşıca götürülüb istifadə oluna bilər.
Dərslər: Yaxşı xam materialı hətta gözləmədiyiniz yerlərdə tapsanız da, onu hamı üçün əlçatar olan məlumatlarla birləşdirin.

Brigit Alfter, Journalismfund.eu

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI