ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI

Kaas və Mulvad: Yarımçıq Məzmun və Səhmdar qrupları

figs/incoming/02-MM.png
Şəkil 26. Səhmdar media şirkətləri (Fagblaget3F)

Səhmdar media yeni meydana gələn media nəzəriyyələri tərəfindən saya salınmayan bir bölmədir və onun istər onlayn şəbəkələr, istərsə də xəbər mətbuatına məzmun ötürmək vasitəsilə böyük təsir gücünə malkdir. O (adətən onlayn)belə izah edilə bilər ki, ona təşkilati və səhmdarlar tərəfindən nəzarət olunur və ondan müəyyən maraqlara və icmalara təsir etmək üçün istifadə olunur. QHT-lər bir qayda olaraq bu cür median yaradırlar, istehlakçı qrupları da professional birliklər, həmkarlar ittifaqları və s də bu cür edirlər. Onun ictimai rəyə və yaxud başqa səhmdarlara təsir etmə qabiliyyətinə əsas məhdudiyyət ondan ibarətdir ki, onda müəyyən informasiyanı kiçik ölçülü xəbər mediyası qədər aşkar etməyi öhdəsinə götürmək bacarığı yoxdur.

Danimarkanın qeyri mənfəət korporasiyası Malvedli Kaas bu cür səhmdar təşkilatlarına lazımı expert köməyini təmin edən ilk araşdırıcı media təşkilatlarından biridir. Firma 2007-ci ildə Kompüter Dəstəkli Hesabat vermə təşkilatı üçün Danimarka qeyri mənfəət təşkilatına əlavə gəlir mənbəyi yaratdı (Dicar). KDH media və məlumatın təhlilinə dair təlim keçmiş jurnalistlər üçün araşdırma hesabatları satırdı. Onun yaradıcıları Tomy Kaas və Nils Mulvad əvvəllər xəbər sənayesinin müxbirləri olmuşlar. Onların bu yeni firması səhmdarlar mediasına “məlumat üstəgəl jurnalist baxışları” adlı (redaktəsinə və yenidən yazılmasına ehtiyac duyulan yarımçıq qalmış məzmun) təklif edir ki, onlar bu məmunu xəbər relizi, və yaxud hekayə formasına salır və onları media və digər məhsulları (məsələn veb saytları) vasitəsilə yayırlar. Birbaşa müştərilər dövlət təşkilatları, , ictimai əlaqələr firmaları və Aİ Transpearansi ilə Dünya Təbiət Fondudur. Bu QHT fəaliyyətinə balıqçılıq təsərrüfatlarına subsidiyalara nəzarət və Aİ-nin münasib vebsaytlarından qazıyıb çıxardıqları lobbiçilik fəaliyyəti daxildir. Dolayısı müştəriləriə isəQHT layihələrini maliyyələşdirən fondlar daxildir. Firma həm də xəbər sənayesi ilə işləyir; məsələn, bir bulvar qəzeti onarın məşhurlara nəzarət edən qəzetini almışdır.

Data jurnalistika layihələrinin portfelinə daxildir:

3F üçün işsizlik xəritəsi

F3 tərəfindən Danimarkada işsizliyi göstərən əsas rəqəmləri göstərən məlumatın əyaniləşdirilməsi. O Danimarkada ixtisassız fəhlə ittifaqıdır.

3F üçün həyat şəraiti

3F üçün başqa bir layihədə göstərilir ki, Danimarkanın müxtəlif yerlərində həyat şəraiti necə müxtəlifdir. Xəritə yaşayış şəraitinin 24 göstəricisini özündə əks etdirir.

“Ugerbreyet A-4” üçün borc

“Borc indeksi”ni hesablayan bir layihədir. O özəl iqtisadiyyatdakı fərqləri əyani əks etdirir.

Danimarkada təhlükəli avadanlıqlar

Danimarka Erkən uşaqlıq və Gənclərin tərbiyəçiləri olan BUPL-ın nəşr etdiyi jurnal“Born və Ung” tərəfindən öhdəyə götürülmüş bağçalara və gündüz qayğısı müəssisələrinə verilən təhlükəli avadanlıqların müəssisələrə yaxınlığını göstərən və təhlil edən layihə.

Vestas üçün birgə məsuliyyət məlumatları

Danimarka külək turbinləri şirkəti Vesta üçün 5 Birgə Məuliyyət ərazisi haqqında məlumatın özü yaranan mətn vasitəsilə əyaniləşdirilməsi. Rüblük olaraq dünya çaplı 400 veb səhifə ilə sadə istehsal vahidinə qədər özü yeniləşdirilən əyani vəsait.

Təcrübəçi üçün ad xəritəsi

Soyadınızı yazın və bu adın Danimarkanın müxtəlif ərazilərində necə yayıldığına baxın.

Əlavə bladet üçün təbəssüm xəritəsi

Hər gün biz pis ərzaq yoxlamalarını çıxarır və ən sonuncuları Danimarka bulvar qəzeti olan Ekstra Bladet üçün xəritədə (xəritə üçün veb sayta baxın) yerləşdiririk.

Mulvadlı Kaas səhmdar media ilə işləyən ilk jurnalistlər deyil. Məsələn, Qrinpis öz fəaliyyəti çərçivəsində öz hesabatları üçün jurnalistləri əməkdaşlığa cəlb edir. Lakin biz bilirik ki, başqa heç bir firmanın səhmdar mediaya təklifləri məlumat əsaslı deyil. Bu QHT-lər üçün müxbir, redaktor və yazıçı kimi işləyən jurnalistlər üçün daha tipikdir. Kompüter dəstəkli xəbər mediasının hazırkı diqqəti əsasən axtarış və tapıntılara yönəlmişdir (Viki liiksi düşünün); Burada yenə də, Kaas og Mulvad məlumatın təhlilinə diqqət yetirməklə daha innovativdir. Onların yanaşması yalnız proqramlaşdırma bacarıqlarını deyil, həm də hansı məlumatların hekayəni daha təsirli edə biləcəyini dərk etməkdir. Asanlıqla demək olar ki, onların xidmətini təqlid etmək arzusunda olan hər bir kəs əməkdaşlıq edərək iki bacarıq dəstinə yiyələnməlidir Çünki ayrı ayrı şəxslərdə nadir hallarda hər iki bacarıq olur.

Proseslər: İnnovativ İT üstəgəl təhlil.

Firma hər il bir neçə saatlıqdan bir neçə aylığa qədər davam edən 100 layihəni öhdəsinə götürür. O həm də ardıcıl olaraq öz həcmini və təkliflərini genişləndirən layihələrə yatırım edir. Məşhurlara nəzarət xidməti belə bir experiment idi. Başqa bir təcrübə isə ev sənədləri məhdudiyyətləri xəbərləri üçün interneti araşdıraraq hadisələrin xəritəsini yaratmaqdır. Tərəfdaşlar deyirlər ki, layihələr üçün onların birinci meyarı onların həmin layihədən həzz almaları və ondan öyrənmələridir. Yeni xidmət təyin edildikdən sonra bazarlar axtarılır. Onlar aydınlaşdırırlar ki, xəbər sənayesində yeni metodları və yeni biznesi inkişaf etdirmək çətin olur.

Mulvad şərh edir:

Bizim hansı layihələri yerinə yetirə biləcəyimizə, hansı proqram təminatını ala biləcəyimizə qərar verən bir redaktorumuz və yaxud bir bağşımız yoxdur. Biz alətləri layihə ehtiyaclarımıza görə mətn qazımaq və məlumat əldə edilməsi üçün ala bilərik. Bizim məqsədimiz bu sahələrdə bir qədər aralı durmaqdır. Biz istəyirik elə müştərilər əldə edək ki, onlar pul ödəmək istəyirlər

Yaradılmış dəyər: Şəxsi və firma brendləri və gəlirlər

2009-cu ildə dövriyyəmiz təxminən 2,5 milyon Danimarka kronu (336 000 avro) olmuşdu. Firma öz tərəfdaşlarının nüfuzunu öz öz eyrətmə və danışma xidmətlərinə tətbat olan jurnalistləri ilə qoruyub saxlayır. Onların ictimaiyyətdə görünmələri firmanın brendini dəstəkləyir.

Bu misalın əsas uzaqgörənliyi

  • Xəbər sənayesindəki bilik və bacarıqların tənəzzülü böhranı həm də bacarıqlardan kifayət qədər istifadə edə bilməmək böhranıdır. Kaas və Mulvad dəyər verdikləri və pul qazanmaq istədikləri işi yerinə yetirmək üçün xəbər sənayesini tərk etməli oldular. Bir xəbər təşkilatını dəyər qazanmaqdan heç nə çəkindirmədi.

  • Yalnız bir neçə bazarda səhmdar qrupların maraqlarına cavab verəcək bir neçə mənfəət gətirəsi bazar vardır

  • Hər halda, bu imkan belə bir məsələni ortaya çıxarır ki, təqdimat zamanı onların işindən üçüncü tərəflərin nə qədər istifadə etmələrinə jurnalistlər nə qədər nəzarət edə bilərlər. Bu məsələnin artıq xəbər sənayesinin içərisində mövcud olduğu xatirimizdədir (orada redaktorlar dəyişiklikləri jurnalistlərin məhullarına tətbiq edirlər). Bu uzun zaman başqa media sənayeləri içərisində mövcud olmuşdur (lap film sənayesində ki kimi direktorlarla studiyalar arasında olan münaqişələrdə “son kəsilmələr” nadir hallarda baş verir). Bu, səhmdar media üçün o qədər də əhəmiyyətli bir təhlükə deyil, lakin o öz xoşu ilə yox olmayacaq. Bu böyqməkdə olan reallığın və bazarın etikasına daha çox diqqət yetirmək lazımdır.

  • Gəlir baxımdan bu tək məhsul və ya xidmər kifayət deyil.uğurlu nəzarət müəssisələri daha yaxşı portfel yanaşması baxımından daha çox konsalting, təlim, danışıq və sair xidmətlərlə əlavə gəlir gətirər və nəzarət brendini dəstəkləyərdi.

Mark Lee Hanter və Luk N. - dən redaktə edilmiş çıxarış, Van Vassenhov, Van Wassenhove, “Dağıdıcı xəbər texnologiyaları: Səhmdar media və gələcəyin Nəzarət jurnalizmi bizness modelləri”. İşçi sənədi, 2010

ANA SƏHİFƏKİTABƏVVƏLKİSONRAKI