Browsing yearly archive

2017

QHT xeyriyyəçiliklə məşğuldur

“Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi” İctimai Birliyi  Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə “İmkansız ailələrdə valideyn-övlad münasibətlərinin möhkəmləndirilməsinə dair tədbirlər” layihəsinin icrasını davam etdirir. İndiyədək Mingəcevirdə yaşayan  imkansız ailələrin maddi vəziyyətini öyrənilib, uşaq-valideyn münasibətləri bərpa edilib, ailə adət-ənənələrinin təbliği yönündə tədbirlər  həyata keçirilib. Həmçinin cəmiyyətdə xetriyyəçilik ənənələlərini  gücləndirmək üçün  bələdiyyə, dövlət […]

Region gəncləri Ermənistan silahlı qüvvələrinin dinc sakinlərimizi qətlə yetirməsinə etiraz edərək, 3 dildə bəyanat yaydılar

İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması və bu təxribat nəticəsində kənd sakinləri Quliyeva Sahibə İdris qızı və Quliyeva Zəhra Elnur qızının  həlak olmasına etiraz edən “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi 3 dildə bəyanat yayıb Bəyanat sosial şəbəkələrdə yerləşdirilib, beynəlxalq təşkilatlara və parlamentlərlərə göndəriliib.  Erməni işğalçılarının 4 iyul 2017-ci il […]

Azərbaycan paytaxtında dostluq bayramı

İctimai və dövlət maraqlarının müdafiəsi üçün Azərbaycan dunyanın ən boyuk dövlətləri ilə sıx əməkdaşlıq edir. İqtisadi inkişafına görə Cənubi Qafqazda lider olan, dünya dövlətləri tərəfindən tanınan Azərbaycan beynəlxalq aləmdə  nüfuzu və qətiyyəti ilə seçilir. Qədim və zəngin tarixi keçmişi olan doğma vətənimiz 25 illik müstəqillik dövründə keşməkeşli yollardan keçərək inkişaf yoluna qədəm qoymuşdur. Müstəqilliyimizin ilk illərində […]

Ölkə başçısı İlham Əliyev: “Azərbaycanda yeniyetmə idmanı çox yüksək səviyyədədir.”

Burda gələcəyin idmançıları yetişir Hər bir millətin gələcəyinin, inkişafının təməlini, ilk növbədə, yeni nəslin nümayəndələrinin böyüdüyü mühitin fiziki və mənəvi sağlamlıq vəziyyəti müəyyən edir. Cəmiyyətdə məhz belə mühitin formalaşdırdığı insanlar yüksək mədəniyyəti və intellekti ilə daim diqqət mərkəzində olurlar. Bu gün gənc nəsil müasirliyin zirvəsinə doğru irəliləyir. Həm fiziki, həm də mənəvi cəhətdən insanı saflaşdıran […]

Maşının təkəri çıxdı və ölümlə nəticələnən hadisə baş verdi

Mingəçevir şəhərinin girəcəyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtomaşının təkərinin yerindən çıxması nəticəsində maşında olan sərnişinin biri –   1952-ci il təvəllüdülü Yusifova Qızpəri Dostməmməd qızı qabaq pəncərədən çıxmaqla, yola düşüb. Xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. O, Mingəçevir şəhəri, Təbriz  küçəsindəki 7 saylı evin 23-cü mənzilində yaşayırdı. Ailənin digər üzvü 40 […]

Mingəçevirdə zəncirvari yol-nəqliyyat hadisəsi “təcili yardımı” da sıradan çıxardı

Hadisə şəhərin Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində baş verib. Rusiya Federasiyasının vətəndaşı, 1961-ci il təvəllüdlü Müseyib Baloğlan oğlu İsmayılov idarə etdiyi “KİA” markalı avtomobillə “VAZ-2110” markalı avtomobilə, daha sonra isə Əli Tanrıverdi oğlu Mikayılovun idarə etdiyi təcili tibbi yardım avtomobilinə çırpılıb.  Nəticədə təcili tibbi yardım avtomobilinin sürücüsü Ə.Mikayılov və tibb işçisi, 1971-ci il təvəllüdlü Vəfa Elmalı qızı Süleymanova, […]

Mingəçevirdə inkubasiya dövrünü başa vurmuş ağaclara yeni nəfəs verilir

Azərbaycan tarixinə “Nur şəhəri” kimi düşmüş Mingəçevirin həyatından bəhs edən yazılarda xüsusilə qeyd edilməli bir tendensiya var: “Energetiklər şəhəri böyük sənaye mərkəzinə çevrilir”, “Ölkənin iri sənaye mərkəzlərindən olan Mingəçevir yeni olimpiya-idman qurğuları ilə tanınır”, “Nur şəhəri elm, təhsil müəssisələri ilə daha böyük diqqət çəkir”, “Mingəçevirə gələnlər tamamilə yenidən qurulmuş şəhər teatrında bir tamaşaya baxacağaq” və […]

Mingəçevirdə 700 idarədən 17-si Dezinfeksiya İdarəsi ilə müqavilə bağlayıb

“Mingəçevirdə ağcaqanadlara, gəmiricilərə və digər ziyanverici həşaratlara qarşı dezinfeksiya işləri aparılır. Məqsəd ərazidə xəstəliklərin yayılmasının qarşısını almaqdır. Lakin şəhərdə fəaliyyət göstərən  irili-xırdalı 700 idarədən cəmisi 17-si Dezinfeksiya İdarəsi ilə müqavilə bağlayıb”. İdarənin şöbə müdiri Zahid Məmmədov  belə deyir. Onun fikrincə, dərmanlama işləri kütləvi aparılmalıdır: “Biz şəhərin bir hissəsini dərmanlayırıq, ziyanvericilər, həşaratlar, gəmiricilər həmin ərazilərdən qaçaraq […]

Azercell-dən SimSim abunəçilərinə bayram hədiyyəsi

Azercell Telelom MMC müqəddəs  Ramazan bayramı münasibətilə abunəçilərinə yeni kampaniyanı təqdim edir. Belə ki, 26-27 İyun 2017-ci il tarixlərində Azercell  SimSim abunəçiləri şirkətin  Ramazan Hədiyyəsi kampaniyasından yararlana biləcəklər.  Kampaniya çərçivəsində abunəçilər şəbəkədaxili istifadə üçün 10 dəqiqə və 100 SMS HƏDİYYƏ qazanacaqlar. Kampaniyaya qoşulmaq üçün, BAYRAM sözünü 5757-ə SMS vasitəsilə göndərmək lazımdır (SMS pulsuzdur). Qeyd edək ki, hədiyyə […]

Ekoloji Informasiya İctimai Birliyi növbəti tədbirini “Ağgöl” Milli Parkına ekskursiya ilə davam etdirdi

Ekoloji Informasiya İctimai Birliyi iyunun 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Ceyranlar tarixi vətənlərinə dönürlər” ekoloji təbliğat layihəsinin növbəti tədbirini Ağcabədidəki “Ağgöl” Milli Parkına məktəbli gənclərin maarifləndirici-ekskursiya səfəri ilə davam etdirib. Ekskursiyaya Ağcabədi və Bərdə rayonlarından tərəfdaş və əlaqədar təşkilatların nümayəndələrilə yanaşı 100 nəfərədək təbiətsevər gənc məktəbli […]