Browsing yearly archive

2017

“Jurnalistlərin dostu” mükafatı təqdim ediləcək

Azərbaycan Mətbuat Şurası və “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyi 2017-ci ildə “Jurnalistlərin dostu” mükafatının təqdimatı üçün iyunun 20-dən iyulun 15-ə kimi kütləvi informasiya vasitələri arasında sorğu elan edir. Bu məqsədlə MŞ tərəfindən müvafiq işçi qrupu yaradılıb. Mükafatın laureatını ölkənin tanınan, ictimai fikrə təsir göstərən televiziya, radio, qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu və jurnalist […]

Kolumbiyanın xarici işlər naziri Mariya Anxela Olqini Göyçaya səfər edib

Kolumbiya Respublikasının xarici işlər naziri xanım Mariya Anxela Olqini iyunun 16-da tanışlıq məqsədilə Göyçay rayonuna səfər edib. Nazir “AzNar” QSC-nin meyvə şirəsi istehsalı zavodu və nar bağları ilə tanış olub. Şirkətin baş direktoru Teymur Əhmədov qonağa məlumat verib ki, “AzNar” QSC-nin nar emalı zavodunda “Grante” brend adı altında istehsal edilən nar, heyva və alma şirələri, […]

Qusarlılar “Açıq hökumət” təşəbbüsü ilə bağlı məlumatlandırıldı

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Regionlarda “Açıq hökumət” təşəbbüsü ilə bağlı məlumatlandırma” layihəsi çərçivəsində növbəti tədbirini Qusar şəhərində 32 nəfərin iştirakı ilə keçirib. Qusar Rayon İcra Hakimiyyətinin nümayəndəsi Kəmalə Qılıcova Açıq Hökumətin Tərəfdaşlığı Təşəbbüsünün (AHT) əhəmiyyəti ilə bağlı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət […]

Mingəçevir Regional Debat Mərkəzi mükafatlandırıldı

Mayın 31-də “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən həyata keçirilən “Respublika Gənclər Debat Forumu: Yaz 2017”nin final mükafatlandırmavə bağlanış mərasimi keçirilib. Tədbirdə Mingəçevir Regional Debat Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib. O,  “Islam Həmrəyliyi” ideyalarının təbliğində fəal iştirakına görə xüsusi diplomla  təltif edilib. İB-nin bölgə nümayəndəliyi olan Mingəçevir Regional Debat Mərkəzi r 15 oktyabr 2015-ci ildən fəaliyyətə […]

Mingəçevirdə “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda tədbir keçirilib

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)   Mingəçevir şəhərində “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri”  mövzusunda seminar  keçirib.  Mingəçevir Media Mərkəzində keçirilən tədbirə Qərb bölgəsində mövcud olan yerli KİV-lərin  nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin  bölgə  üzrə  təmsilçiləri, həmçinin, yerli internet fəalları və QHT-lərin  nümayəndələri qatılıblar. Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə […]

Hicablı qadınlara aid qadağalar

Ölkəmiz  əsrlər boyu İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. Azərbaycan dövləti İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Bununla belə Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər yaradaraq, qlobal əhəmiyyət kəsb edən bir sıra mühüm […]

Regionlarda “Açıq hökumət” təşəbbüsü ilə bağlı məlumatlandırma”

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Regionlarda “Açıq hökumət” təşəbbüsü ilə bağlı məlumatlandırma” layihəsi çərçivəsində növbəti tədbirini keçirib. Xaçmaz şəhərində 30 nəfərin iştirakı ilə baş tutan tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Pərviz Əmircanov,  mərkəzin sədri Sevil Allahverdiyeva Açıq Hökumətin Tərəfdaşlığı Təşəbbüsünün əhəmiyyəti ilə bağlı məlumat […]

MDU-nun tələbə gəncləri “Suriyadakı uşaq və gənclər üçün bir ümid” adlı sosial kampaniyaya dəstək verdi

Mingəçevir Dövlət Universitetinin tələbə-gəncləri “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının 1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr etdiyi “Suriyadakı uşaq və gənclər üçün bir ümid” adlı sosial kampaniyaya qoşulub. Kampaniya çərçivəsində tələbə-gənclər hazırladıqları əl işləri və hədiyyələri, eləcə də paltar, uşaq oyuncaqları və məktəbli ləvazimatlarını toplayaraq, Suriyaya göndərilmək üçün Bakı şəhərinə yola salmışlar. MDU-nun […]

Turizm Kollecində Azərbaycan Xalq Cümhuriyyətinin 99 illiyi qeyd edilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına böyük və tarixi hadisə kimi daxil olub. İlk dəfə qadınlara seçki hüququ verilib və qadın-kişi bərabərliyi təmin edilib. Milli ordu, milli pul, milli bank yaradılıb, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması reallaşıb. Bu fikirlər Mingəçevir Turizm Kollecində Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 99-cu ildönümü münasibətilə keçirilən ”Azərbaycan Xalq Cümhuriyyəti […]

Miqrant, emiqrant və immiqrant ömrü: xoşbəxt, yoxsa bədbəxt həyat?

“Sənə görə pul ödəyib viza almışam, onun pulunu qaytar…” “Düşərgədə o qədər qarmaqarışıq həyat hekayələri var ki: kədər, ümidsizlik, çarəsizlik qarışıq… Yeni tanış olduğum azərbaycanlı qadının cəmi 22 yaşı var, bir aydır ərindən ayırıblar. Səbəb? “Hər gün döyürdü. Birində pəncərədən mühafizəçilər görüb, polis çağırdılar…”  Deyir ki, on dörd yaşı olanda valideynləri onu zorla ərə veriblər, […]