Browsing yearly archive

2017

Mingəçevirdə sərnişin avtobusu ilə “Kamaz” markalı maşın toqquşub

Bu gün səhər  9 radələlərində Mingəçevirdə  8 sayli şəhərarası marşrutla işləyən avtobus  “Kamaz-6511” markalı yük maşını ilə  toqquşub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Avtovağzal istiqamətindən Yüksək Texnologiyalar Parkı səmtinə hərəkət edən  Şükür Məhəmmədəli oğlu Qasımovun idarə etdiyi  “32 BC 969” dövlət qeydiyyat nişanlı  sərnişin avtobusu qovşaqdan əsas yola çıxan Əfqan Siracəddin oğlu Qaçayevin […]

“Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” layihəsi çərçivəsində təlimlərə start verilib

Mayın 3-də Mingəçevir Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihənin təlimlərinə start verilib. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi  sahibkarlığın region gəncləri arasında təşviq olunması, kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyən gənclərin seçilməsi və hüquqi […]

Sələmçi ananın oğlu həyat yoldaşını qətlə yetirdi

Hadisə ötən gecə Mingəçevir şəhərinin  Xətai küçəsindəki 16 saylı ünvanda, yaşayış   binasında   qeydə alınıb. Şəhər sakini Kənan Əzizov  aralarında baş verən ailə münaqişəsi zəminində iki uşaq anası olan həyat yoldaşı Əzizova Günel Yusif qızını amansızcasına qətlə yetirib. Mərhumənin  bacısı Gülşən xanımın verdiyi məlumata görə,  iki uşaq anası Günel Əzizovaya əri 25 bıçaq zərbəsi vurub,  başından […]

Göyçayın “AzNar” futbol komandası yaradılıb

Uzun illərdən sonra Göyçay rayonunda “AzNar” adlı yeni futbol komandası yaradılıb. Komandanın oyunçuları Göyçay şəhərində və kəndlərdə yaşayan gənclərdən ibarətdir. Komandanın formalaşdırılması üçün rayonda bir neçə seçim mərhələsi təşkil edilib və ümumilikdə 500-dən çox müraciət edən gənc arasından ən istedadlı və bacarıqlı futbolçular seçilərək komandaya cəlb olunub. Rusiyada yaşayan azərbaycanlı iş adamı, Göyçayda fəaliyyət göstərən […]

“Vergilər uşaqların gözü ilə” rəsm və inşa müsabiqəsi keçiriləcək

Müsabiqə seçmə və yekun mərhələdən ibarət olmaqla iki mərhələdə keçiriləcəkdir. Müsabiqənin qaliblərinə (1-ci, 2-ci və 3-cü yerlərə) diplom və hədiyyələr təqdim ediləcəkdir. Rəsm müsabiqəsində 5-16 yaş, inşa müsabiqəsində isə 9-16 yaş qrupuna aid uşaqlar iştirak edə bilərlər. Müsabiqəyə qoşulmaq üçün qeyd olunan yaş qrupları üzrə uşaqlar tərəfindən çəkilmiş rəsmlər və yazılmış inşalar 2017-ci ilin may ayının 12-dək Vergilər […]

2017-ci ilin iyun ayı ərzidə vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə yaddaş

2017-ci ilin may ayına görəvergi ödəyiciləri tədiyəçisi olduğu Əlavə dəyər vergisi bəyannaməsini, Aksiz bəyannaməsini, Yol vergisi bəyannaməsini, Mədən vergisi bəyannaməsini, Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini cari ilin iyun ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə […]

Maşın yoxuşa düşsə də xoşbəxtlikdən sürücü sağ qalıb

Hadisə Mingəçevir şəhərində baş verib. Şəhərin Heydər Əliyev prospekti ilə Xaldan qəsəbəsi istiqamətində hərəkət edən “Mersedes-E230” markalı 09 BJ 440 dövtət –qeydiyyatı nömrə nişanlı avtomobil 10-cu Bağ küçəsinin  kəsişməsində yol-nəqliyyat hadisəsi törədib. Sürücü Rauf Qabil  oğlu  Kərimov idarəetməni itirərək, öncə  metal işıqlanma dirəyinə, ardınca ətrafdakı ağaclara çırpılıb və yoxuşa düşüb. Dirək aşıb, yaşıllıqlar sıradan çıxıb. […]

Bələdiyyədə “İslam həmrəyliyi zamanın tələbidir” mövzusunda tədbir keçirilib

Bələdiyyə sədri Coşqun Abdullayev bildirib ki, Prezident İlham Əliyev tərəfindən  2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması çox əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm addımdır: “Bu, müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn dövlət başçımızın İslam dininə, müsəlman dünyasına nə qədər böyük […]

Həmkarlar təşkilatı bir illik fəaliyyəti barədə hesabat verdi

Aprelin 28-də Dövlət İdarələri və İçtimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Mingəçevir  Komitəsinin  hesabat yığıncağı keçirilib.  Komitənin sədri Ülviyyə Vəliyeva  təşkilatın son bir ildəki fəaliyyəti  barədə məlumat verib, Şəhər Komitəsinin işinə kömək göstərən  İcra Hakimiyyəti başçısı Niyazi Bayramova və ilk təşkilatların rəhbərlərinə  təşəkkürünü bildirib. Komitə sədri vurğulayıb ki, təşkilat ulu öndər Heydər Əliyevin vaxtilə qarşıya qoyduğu […]

Tibbi sığorta üzrə pilot layihə hansı səviyyədə icra olunur?

Milli Məclisin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin üzvləri aprelin 24-də Mingəçevirdə icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihənin icrası ilə tanış olublar. Nümayəndə heyətinin üzvləri icbari tibbi sığortanın tətbiqi ilə tanış olmaq məqsədilə şəhər Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə maraqlanıb, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınan tibbi avadanlıqlara, yeni laboratoriya, təcili tibbi […]