Browsing yearly archive

2017

150 yaşlı ütü bu gün də qırışı çətin açılan paltarları səliqəyə salır

150 ilə yaxın yaşı olan və kömürlə işləyən bu ütü ilk baxışdan ağır dəmir parçasına bənzəyir. Onunla qırışı çətin açılan paltarları səliqəyə salan Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini, 75 yaşlı Validə Həsənova bu qədim əşya qaynanasının anasından yadigar qaldığını deyir: “Elektiriklə işləyən yüngül çəkili ütülərlə çox qırışıq olan paltarları açmaq çətin olur. Amma bu ütü […]

Gənclərin “Sahibkarlıq Məktəbi”nin əsası qoyuldu

Mingəçevir Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək”  adlı layihənin təlimlərinə yekun vurulub. Bu barədə “İşıqlı Gələcək” Gənclər İctimai Birliyindən qəzetimizə məlumat verilib. Bildirilib ki, İB Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli […]

“Ailələrə Sosial Dayaq” İctimai Birliyi yeni layihəsinin icrasına başladı

“Ailələrə Sosial Dayaq” İctimai Birliyi (ASDİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə  “Mingəçevir şəhərində  icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin (SİİM) fəaliyyətinin təşkili” adlı layihəsini həyata keçirir. Layihənin əsas  məqsədi sağlamlıq imkanları məhdud uşaqlarla sağlam uşaqların birgə icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkilindən, bu uşaqlara sosial xidmətin  […]

11 saylı ƏVD-nin rəhbərləri vergi ödəyiciləri ilə görüşdü

Mayın 19-da Yevlax şəhərindəki Şahmat məktəbinin binasında vergi ödəyiciləri ilə görüş keçirilib.  Görüşdə 11 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Zaur Adilov, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu İdarəsinin direktoru Qüdrət Məmmədov və Vergi ödəyicilərinə xidmət şöbəsinin rəhbəri Elçin Paşayev vergi qanunvericiliyinə edilən əlavə və dəyişikliklər, bu dəyişikliklərin üstün və praktiki cəhətləri barədə məlumat […]

Beloruslar Mingəçevirdəki şüşə mahlıc zavodu ilə maraqlanırlar

“Bizim müəssisə 1958-ci ildən fəaliyyət göstərir. Əvvəllər şüşə diyircəkləri əsasən Şimali Donetskdən və Mahaçqaladan alırdıq.  Sonra ondan lif və elektroizolyasiya məhsulları hazırlayırdıq. Bu məhsullar müxtəlif sahələrdə, əsasən müdafiə, avia və avtomobil sənayesində istifadə olunurdu. O zaman istehsalat korpuslarımız şəhərin mərkəzində yerləşirdi. Sonra bir ingilis firması ilə birgə  yeni istehsal sahəsi tikdik, təzə sobalar quraşdırdıq.  2010-cu […]

“Mənim gəncliyim, mənim gələcəyim”

“Mingəçevir işıqları” qəzetinə verilən məlumata görə, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Mənim gəncliyim, mənim gələcəyim” layihəsinin təlimlərinə start verib. Təlimin ilk günü Mingəçevirin 3 və 10 saylı orta məktəblərində yuxarı sinif şagirdlərinin iştirakı ilə  həyata keçirilib. Təlimlər kollec tələbələrinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə baş […]

Elnur Əzizov: “Vacib olan şagirdlərimizin debatlara aktiv şəkildə cəlb edilməsidir”

Azərbaycan Respublikası Himninin canlı ifasından sonra final mərhələsində Mingəçevir İstək liseyi və Xalqlar Dostluğu İstək Liseyinin komandaları qarşılaşıblar.  “Təkcinsli təhsil sistemi cütcinsli təhsil sistemindən daha yaxşıdır” mövzusu müzakirə obyekti olub. Yarış boyu təsdiq və inkar arqumentləri əsaslandıran spikerlər araşdırdıqları maraqlı faktları təqdim ediblər. Şagirdlərin məntiqi yanaşmaları, sərbəst fikir yürütmələri, statistik rəqəmlərə müraciəti diqqəti çəkib. Onlar […]

“Yazanda arxanızda qoyub getdiyiniz insanları düşünün”

“Jurnalist kiminsə yaratdığı mifi qəbul etməməlidir” Mayın əvvəlində Mingəçevirdə həyat yoldaşını soyuq silahla,  çoxsaylı zərbələrlə qətlə yetirən gəncin adı bir neçə gün xəbər portallarından düşmədi. Olayla bağlı jurnalistlər şahidlərin və mərhumun əzizlərinin söylədikləri mümkün bütün versiyaları yaydılar. Bununla da tərəflər- həm qurban, həm də ittiham olunan və yaxınları barədə məhkəmənin hüquqi  aktı olmadan ortalığa ziddiyyətli […]

Məsuliyyətsiz sürücülərə qarşı mübarizə tədbirləri gücləndirilir

Mayın 8-də  Mingəçevirdə  sərnişin daşıma sahəsində təhlükəsizliyi təmin etmək məqsədilə reyd keçirilib.  Reyd 1 saata yaxın davam edib. Mingəçevir şəhər DYP bölməsinin rəisi,  polis polkovnik-leytenantı  Bəlyar Bəşirli müxbirimizə bildirib ki, reyd ərzində nasaz vəziyyətdə 8 saylı marşurut  avtobusunu  idarə etdiyinə görə  2 nəfər, müvafiq sürücülük kateqoriyası olmadığına görə  1 nəfər, təhlükəsiz kəmərindən istifadə etmədiyinə görə […]

Başçı veteranlara baş çəkdi

Alman faşizmi üzərində tarixi qələbə xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir. O vaxtdan  72 il  keçməsinə baxmayaraq,   qələbə sevinci müharibə  veteranlarını tərk etmir. Zaman veteranların sıralarına “əl gəzdirsə” də,  vətənin bir çağırışı ilə onların yenidən silaha sarılmaq əzmini qıra bilməyib. 97 yaşlı Milan Yusifov və  Baba Əliyev, 94 yaşlı Nadejda Orucova və Seyidağa Ağayev,  92 yaşlı Əmrah Rzayev  onları yad edən hökumət və bələdiyyə rəhbərlərinə […]