Browsing yearly archive

2017

Bakı Şopinq Festivalının daha bir fəxri qonağı- Vera Brejneva

Bakı Şopinq Festivalı daha bir inanılmaz sürpriz hazırlayıb: məşhur “VİA Qra” qrupunun “qızıl” heyətinin cazibədar eks-solisti, populyar müğənni Vera Brejneva  BSF-nin fəxri qonağı olacaq. O, festival çərçivəsində, aprelin 20-də “#Nömrə1” adlı konsert proqramı ilə çıxış edəcək. Vera Brejneva Heydər Əliyev Sarayında rəqslərlə, xüsusi effektlərlə möhtəşəm şou təqdim edəcək, həmçinin yeni mahnılarını ifa edəcək. Müğənni Vera […]

Aprelin 16-da Mingəçevirdə tələbələr arasında vergi olimpiadası keçiriləcək

Vergilər Nazirliyinin təşəbbüsü ilə  hər il respublikanın ali məktəblərinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr arasında xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş vergi olimpiadası təşkil olunur. Bu il  də olimpiadanın iki mərhələdə (seçmə və yekun) aparılması nəzərdə  tutulub. Seçmə mərhələni  Vergilər Nazirliyinin Tədris Mərkəzinin təqdim etdiyi suallar və metodiki köməkliyi əsasında ali […]

Mingəçevirdə soyqırım qurbanları yad edilib

31 Mart – Azərbaycanlıların soyqırımı günü  münasibəti ilə Mingəçevir Şəhər İcra Hakimiyyəti YAP Mingəçevir şəhər təşkilatı ilə birgə tədbir keçirib. Şəhər rəhbərliyinin, hüquq-mühafizə orqanlarının  və ictimayyətin nümayəndələri əvvəlcə soyqırım qurbanlarının abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.  Daha sonra Heydər Əliyev Mərkəzində düzənlənən tədbirdə İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edib. O, bildirib ki, 31 […]

“Terror multikulturalizmə qarşı: 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü”

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində sözügedən qurumun Elmi – Metodiki Şurasının nəzdində fəaliyyət göstərən Daimi Elmi Seminar “İslam Həmrəyliyi İli” çərçivəsində  “Terror multikulturalizmə qarşı: 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda növbəti tədbirini keçirib. Fransanın Sofiya-Antipolis Universitetindən gələn alimlərin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşlarının, ziyalı və tələbələrin də iştirak etdiyi elmi seminarı […]

Sahibkarlar Festivala necə qoşula bilərlər?

Bakı Şopinq Festivalının (BSF) təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosu (AKB) festivalda ƏDV qaytarılması prosesi barədə məlumat yayıb. Bürodan verilən məlumata görə, sahibkarlar yalnız Festivalın rəsmi saytında qeydiyyatdan keçdikləri halda bu üstünlükdən faydalana bilərlər. Buna görə də, mağazalar Azərbaycan vətəndaşlarına alış-verişdən sonra əlavə dəyər vergisini (ƏDV) geri qaytara bilmək üçün hansı qaydalara əməl etməli olduqlarını dəqiq […]

Elektron xidmətlərdən istifadədə region sakinlərinə köməklik göstərilir

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir. Bu layihə Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin eksperti ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış “Elektron xidmətlərdən istifadədə region sakinlərinə  köməkliklərin göstərilməsi” adlı xidmət çərçivəsində icra edilir. Proqram çərçivəsində Mingəçevir şəhərində dövlət […]

Azərbaycanda təlimlər bitsə də, layihə davam edir

Mətbuatda xəbər verildiyi kimi,  ötən ilin oktyabrından başlayaraq, Mingəçevir Valideynlər Assosiasiyası   Çexiya (“Transitions”) və Polşadan (“Linking”) olan tərəfdaşları ilə birgə  Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanda  açıq məlumatlara dair silsilə tədbirlər   təşkil edir.  Bu tədbirlər  ölkəmizin kütləvi informasiya […]

İki az yaşlı qız küçədə

Bayram ərəfəsində Mingəçevirdəki Uşaq Nevroloji Sanatoriyasına baş çəkəndə iki az yaşlı uşağın da bura gətirildiyinin şahidi olduq. Sanatoriyanın baş həkimi Fəxrəntac xanım bildirdi ki, bu uşaqlar şəhər polis şöbəsinin və  şəhər İcra Hakimiyətinin xəttilə gətirilib. Mingəçevir İcra Hakimiyyəti  başçısı yanında  Qəyyumliq və Himayəçilik Komissiyasının nümayəndəsi Tofiq Əsgərovun dediyinə görə,  bu uşaqları  vətəndaşlar  H.Əliyev Məscidinin qarşısında […]

Erdəm Söyləməz: “Cocuqların güvənini qorxu ilə deyil, sevgi ilə qazana bilərsiniz”

“Bu gün ən ciddi məsələ valideyn-müəllim problemidir. Mən sizə 15 martda qızımın göndərdiyi SMS-i oxuyuram. O, yazır ki, müəllimlər otağında oturub söhbət edirdik.  Biz də din dərsləri də var.  Ora bir şagird gəldi, din dərsi müəllimindən soruşdu ki, bir başqası haqqında danışmaq,  qeybət qılmaq günah deyilmi? Dedi ki, bəli, böyük günahdır. Onda şagird cavabında soruşdu […]

Mingəçevirli məktəblilər ölkənin cənub bölgəsinə yola düşdülər

”Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təhsildə fərqlənən bir qrup Mingəçevir məktəblisi ölkəmizin cənub bölgəsinə yola düşüb. Şəhərin Heydər Əliyev Mərkəzinin qarşısında düzənlənən yola salma mərasimində valideyinlər, təhsil işçiləri, ictimayyət nümayəndələri iştirak ediblər. Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elşən Əliyev bildirib ki, 40 şagird   4 gün müddətində Lənkaran, Masallı, Astara bölgələri ilə yaxından tanış ola biləcəklər: “Şagirdlərimiz […]