Browsing yearly archive

2017

Mingəçevirdə Novruz şənliyi

Şəhərin S. Vurğun meydanında Novruz şənliyi keçirilib. Bayram təntənəsi  zurnaçıların müşayiəti,  Dədə Qrqud və Bahar qızının gəlişi ilə başlayıb. Şəhərin incəsənət ustalarının ifasında meydanda şən musiqilər səslənib. Uşaq Yaradıcılıq Mərkəzinin milli geyimli qız və oğlanları şən rəqsləri ilə tədbirə rəngarənglik qatıblar. İdmançılar və kəndirbazlar  da öz məharətlərini nümayiş etdiriblər. Novruzun personajları olan  Keçəl və Kosa […]

Azercell daha bir beynəlxalq tədbirə dəstək verib

Azercell Telekom MMC ölkəmizdə keçirilən daha bir beynəlxalq tədbirə dəstək verib. Şirkət bu dəfə 16-19 mart tarixlərində Bakıda baş tutan “Avropa Gənclər Parlamentinin İnformasiya Texnologiyaları üzrə İkinci Universitet Sessiyası” tədbirinin sponsoru qismində çıxış edib. Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən forumun əsas mövzusu informasiya texnologiyalarının gələcəyi, terrorizm ilə mübarizədə texnologiyanın rolu və […]

“AzNar” hərbi hissələrə bayram sovqatı aparıb

Rusiyada yaşayan azərbaycanlı iş adamı, Göyçayda fəaliyyət göstərən “AzNar” QSC-nin sahibi Fərhad Əhmədovun təşəbbüsü ilə növbəti dəfə Bərdə və Tərtər rayonlarındakı “N” saylı hərbi hissələrə Novruz bayramı münasibətilə sovqat göndərilib. Hərbi hissələrdə zabit və əsgərlərlə görüşən “AzNar” QSC-nin nümayəndələri Asif Əhmədov və Vüqar Muradov ön cəbhədə düşmənlə üzbəüz Vətənin keşiyində ayıq-sayıq dayanan igid oğulları bayram […]

Mingəçevirdə açıq məlumatlara dair növbəti təlim

Mingəçevir Media Mərkəzində açıq məlumatlara dair təlimlər başa çatıb. Jurnalistlər və QHT nümayəndələri Avropa İttifaqının maliyyə dəstəyilə BMT İnkişaf Proqramının Mingəçevir Valideynlər Assosiasiyası ilə birgə gerçəkləşdirdiyi layihə barədə nə düşünürlər?  

Bərdədə və Mingəçevirdə açıq məlumatlar barədə məsləhət görüşləri keçirilib

Mingəçevir  Valideynlər Assosiasiyası Çexiya (“Transitions”) və Polşadan (“Linking Media”) olan tərəfdaşları ilə birgə  Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində  martın 13-də Bərdə və Mingəçevirdə icra hakimiyyəti,  təhsil, səhiyyə, mədəniyyət  və statistika işçiləri üçün  açıq məlumatlara dair  məsləhət görüşləri […]

Jurnalistlərə miqrasiya hüququ ilə bağlı nə bilirlər?

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində 07-09 Aprel 2017-ci ildə Qəbələ şəhərində “Miqrasiya hüququ: qanunvericilik və təcrübə” mövzusunda jurnalistlər üçün  2 günlük seminar keçirəcəkdir İştirak üçün tələb olunan sənədlər:  CV və son 1(bir) ildə dərc olunan 3  məqaləniz (qəzet və ya linklər). Seminarda iştirakla bağlı müraciət üçün son tarix: 31 mart […]

Mingəçevirdə açıq məlumatlara dair növbəti təlimə start verilib

Mingəçevir Valideynlər Assosiasiyası   martın 10-dan Çexiya  (“Transitions”) və Polşadan (“Linking”) olan tərəfdaşları ilə birgə  Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində açıq məlumatlara dair  silsilə təlimlərə və görüşləri davam etdirir.  MVA-nın və layihənin rəhbəri Fərman Nəbiyevin dediyinə görə,  Mingəçevir […]

Xocalı soyqırımı məcburi köçkün məktəbində anılıb

Mingəçevirdəki 51 saylı  Ağdam məcburi köçkün məktəbində Xocalı qətilamının 25-ci ildönümü ilə əlaqədar ədəbi kampozisiya nümayiş olunub.Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət  rəsmlərə tamaşa ediblər.  Bu  rəsmlər  Xocalı soyqırımında həlak olmuş, öldürülmüş, işgəncələrə məruz qalmış insanlar  barədə idi. Xocalıda həlak olanlarıx xatirəsi  bir dəqiqəlik sükutla yad edilib. Tədbirin təşkilatçılarından olan Cimnaz Əliyeva […]

“Xocalı, səni unutmadıq”

Mingəçevirdəki 3 saylı məktəbdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı,  səni unutmadıq” mövzusunda şagirdlərin hazırladığı ədəbi-kompozisiya keçirilib. Öncə tədbir iştirakçıları Xocalı soyqırımında şəhid olmuş və öldürülmüş günahsız, zavallı insanları bir dəqiqəlik sükutla yad ediblər. Məktəbin direktoru Kəmalə Tahirova Xocalı soyqırımı barədə ətraflı məlumat verib, bu faciəni bəşəri soyqırım kimi dəyərləndirib: “1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, […]

Ac-yalavac uşaqlar

“Kaş heç doğulmayaydım” “Mənim taleyim əvvəldən uğursuz yazılıb. Hərdən həyatımdan, yaşamaqdan, insanlardan yoruluram. Kaş heç doğulmayaydım”. Bu sözləri açı taleyi olan Sevinc Əliyeva deyir. Onun atası dünyasını dəyişəndən sonra anasını babası Əmir kişinin məsləhəti ilə qonşuları Rəsula ərə veriblər. Sevincin o zaman 8 yaşı olub. “Rəsul məni xoşlamırdı. Adıyla çağırmağım isə onu özündən çıxarırdı. O, […]