Browsing yearly archive

2017

Oleq Kuznetsov kitabını təqdim etdi

Fevralın 8-də Heydər Əliyev Mərkəzində rus tarixçisi  Oleq Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi.Tarixi kriminoloji tədqiqat”adlı kitabının şəhər ictimaiyyətinin iştirakı ilə təqdimat mərasimi keçirilib. Oleq Kuznetsov Qarabağ müharibəsi, günahsız insanlara tutulan divan haqqında danışıb: “Onlar qadınlara, uşaqlara divan tutaraq qətlə yetiriblər.Ermənistan terror aktı törətməkdən çəkinmir.Ermənilər bu hadisələri hər bir xalqın başına gətirə bilər”. Sonda iştirakçıları […]

Valideynin “çamadanı”, yaxud ata-analı “yetimlər”

Atasını gözləyən beş yaşlı oğul Nəsiminin vətəndaş nikahı ilə yaşadığı Səmayədən olan oğlu artıq 5 yaşına çatıb. Hər gün xırda barmaqları ilə məktəbə gedəcəyi günləri sayır, tez-tez də anasına tərəf başını çevirib: “Məni məktəbə atam özü gəlib aparacaq, eləmi?” Rusiyada “pul qazanan” ata uzun illərdir ki, orada  başqa millətdən olan  qadınla qanuni nikahdadır. Hətta qızını […]

Bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar açılıb

2 fevral Gənclər günü münasibəti ilə şəhərin Ağsaray otelində  musiqili, əyləncəli bayram tədbiri keçirilib.İlk olaraq gəncləri Şəhər İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdiri Sahib Əliyev çıxış edib. O, 2 fevral Gənclər gününün əhəmiyyətindən danışıb, bu günün ulu öndərimiz tərəfindən gənclərə hədiyyə edlidiyini diqqətə çatdırıb. Natiq vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən Mingəçevir gənclərinin […]

Zahid Qasımlının fikrincə, əhali məmuru yaxında görmək istəyir

Mingəçevir İcra Hakimiyyəti başçısının 1 və 2 saylı ərazi dairələri üzrə nümayəndələri   Rizvan Mikayıllı və  Faiq Mustafayev başçılıq etdikləri qurumların 2016-cı ildəki fəaliyyəti barədə geniş ictimaiyyət qarşısında hesabat veriblər. Yanvarın 24-də Mingəçevir Bələdiyyəsinin və yanvarın 25-də 3 saylı məktəbin iclas salonlarında baş tutan yığıncaqlarda ötən il ərzində görülən işlərə və problemlərə diqqət yetirilib. Qeyd olunub […]

Açıq məlumatlara dair növbəti təlim (YENİLƏNİB)

Əziz dostlar, Mingəçevir Valideynlər Assosiasiyası   Çexiya (“Transitions”) və Polşadan (“Linking”) olan tərəfdaşları ilə birgə sizi Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində açıq məlumatlara dair növbəti silsilə təlimlərə dəvət edir.  Bu təlimlər 2017-ci il martın 10-dan 19-dək Mingəçevir Media […]

Mingəçevir, Yevlax, Bərdə, Oğuz, Şəki, Ağdaş və Göyçayda məsləhət görüşləri

Mingəçevir Valideynlər Assosiasiyası Çexiya (“Transitions”) və Polşadan (“Linking Media”) olan tərəfdaşları ilə birgə  Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Mingəçevir, Yevlax, Bərdə, Oğuz, Şəki, Ağdaş və Göyçay şəhərlərində icra, təhsil, səhiyyə, mədəniyyət  və statistika işçilərini açıq məlumatlara dair  […]

YENİ ŞEİRLƏR

Halal eylə (Məmməd Araza)   Bəlkə bu yerlərə bir də gəlmədim, Duman halal eylə, dağ halal eylə. Bu əziz süfrədə yeyib içdiyim, Kabab, lavaş, pendir, yağ, halal eylə. *** Keçdim gədiyini, aşdım belini, Dərdim çiçəyini, üzdüm gülünü, Tapdadım yolumu kəsən kolunu, Əzdiyim o körpə zoğ, halal eylə. *** Uca zirvələrə ələnən yağış, Axıb dərələrdə sellənən […]

Vergi Məcəlləsi-2017: yeniliklərin hüquqi təhlili

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində  18-19 Fevral 2017-ci ildə Quba şəhərində  “Vergi Məcəlləsi-2017: yeniliklərin hüquqi təhlili” mövzusunda jurnalistlər üçün 2 günlük seminar keçirəcəkdir  Seminarda iştirakla bağlı müraciət (CV ilə) üçün son tarix: 13 Fevral 2017-ci il  Ətraflı məlumat almaq üçün GIZ-in layihə ofisinə müraciət etmək olar. Əlaqələndirici şəxs: Şakir […]

Region sakinlərinə elektron xidmətlərdən istifadədə köməklik göstəriləcək

Regionlarda elektron xidmətlərdən istifadədə əhaliyə  köməklik göstəriləcək. Məqsəd elektron xidmətlərlə bağlı region sakinlərinin məlumatlılığının artırılması, elektron xidmətlərdən  istifadə etmək ehtiyacı olan insanlara texniki və hüquqi yardımın göstərilməsidir. Layihə rəhbəri Xalid Kazımovun sözlərinə görə, xidmətlərin göstərilməsinə Avrasiya Əməkdaşlıq Fondu maliyyə dəstəyi verir: “Xidmətlərdən 5 ay müddətində elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən Bərdə, Ağdam, Tərtər, Goranboy, […]

Region gəncləri üçün xarici dil təlimləri və təcrübə turları davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Mingəçevir Turizm İnformasiya Mərkəzi, Gənclər və İdman İdarəsi və Gənclər Evinin təşkilatı dəstəyi ilə “Regionu gənc bələdçilərlə tanıyaq!” layihəsinin növbəti hissəsi davam edir. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihədə əsas məqsəd iştirakçılara turizm bələdçiliyi sahəsində nəzəri və praktik biliklər vermək, regionda yerli və xarici turistlərin […]