Browsing yearly archive

2017

“Həmin geçə sanki qar yox, göydən qan yağırdı”

Xocalı soyqırımının 25 –ci ildönümü ilə əlaqədar şəhid Rəşad Mirabov adına 7 saylı tam orta məktəbdə “Xocalı-qan yaddaşımızdır” adlı ədəbi-bədii kompazisiya keçirilib. Məktəbin direktoru Anar İsmayılov ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərdən danışııb. Günahsız qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 5-9-cu sinif  şagirdləri Xocalı faciəsinə aid şeirlər söyləyib, faciə ilə bağlı video görüntüləri nümayiş etdiriblər.  […]

Ana səhifə Xəbər Araşdırma QHT Təqvim Qalereya Ədəbiyyat Mingəçevir Bazardaxil ol “Dini Radikalizm Bəşəri Cinayətdir”

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı” İctimai Birliyi və Kəlbəcər rayon 87 saylı məktəbin təşkilati dəstəyi və təşkilatçılığı ilə  Mingəçevirdəki  Ağdam rayon 51 saylı məktəbində “Dini Radikalizm Bəşəri Cinayətdir” adlı tədbiri keçirib. Tədbirdə İslamın  humanist din olması, insanlığın, din, dil, irq və millət ayrı seçkiliyi qoyulmadan hər kəsin yaşamaq hüququnun təmin edilməsi, bəşəriyyətin sülh və əmin amanlıq […]

29 min zəli Mingəçevirdəki Zoologiya İnstitutunun balansındakı süni göllərə buraxılıb

Ötən ay Astara Kömrük idarəsindən qaçalmalçılıq yolu ilə İrana aparılarkən kömrük əməkdaşlrı tərəfindən minlərlə zəli aşkarlanmışdı. Canlı orqanizm sayılan zəlilər İran İslam Respublikası vətəndaşı Zahidi Qulamrza Əbülfəz  tərəfindən qaçaq yolla ölkədən çıxarılarkən aşkarlanıb. Aparılan araşdırmalar zamanı zəlilərin müvafiq qurumlardan heç bir icazə olmadan Masallı rayonunun ərazisindəki müxtəlif göllərdən toplanılan və satışının təşkili üçün başqa ölkəyə […]

“Narkomaniya insanları ölümə doğru aparır”

Mingəçevir  şəhərinin 6 və 10 saylı tam orta məktəblərində  narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə mövzusunda polis işçilərinin məktəblilərlə görüşü keçirilib.  IX-XI sinif şagirdlərinin və məktəb rəhbərlərinin qatıldıqları tədbirdə  6 saylı məktəbin direktoru  Xurşud Zamanova  deyib ki,   mütamadi olaraq şagirdləri bu kimi mövzularla bağlı maarifləndirirlər:  “Ölkəmizin hər yerində olduğu kimi, məktəbimizdə də  narkotiklə mübarizəyə ciddi […]

“Transformasiya Hüquqşünasları” Regional Akademiyası növbəti iştirakçılarını gözləyir

2001-ci ildən etibarən Almaniya Hökumətinin Qafqaz Təşəbbüsü Cənubi Qafqaz ölkələri olan Ermənistan, Azərbaycan və Gürcüstan ilə ölkələrarası əməkdaşlığı təşviq etməkdədir. Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyinin (BMZ) təlimatına əsasən 2017-cı ildə Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH regionun gənc hüquqşünasları üçün artıq 8-ci dəfə olaraq “Transformasiya hüquqşünasları – Hüquqi transformasiya üçün hüquqi dialoq” […]

“Asan xidmət”in qış səfəri

Səyyar “Asan xidmət” fevralın 1-dən başlayaraq Mingəçevir şəhərində vətəndaşlara xidmət göstərir. Mart ayının 1-dək davam edəcək xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Səyyar xidmətdə vətəndaşlara notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi […]

“Bu gün əsgərlərin rahat yerlərdə xidmətini təşkil etmək üçün valideynlərdən pul alınmır”

Fevralın 13-də Mingəçevirdə Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5 illiyi idarə və təşkilat, ictimaiyyət nümayəndələrinin, veteranların iştirakı ilə qeyd edilib. Xidmətin Mingəçevir şəhər şöbəsinin rəisi Şahin Xəlilov 5 il ərzində xeyli işlərin görüldüyünü, köhnə illərdən qalmış sözün məcazi mənasında paslanıb yığılmış problemlərin bu illər ərzində həllini tapdığını deyib: “Bu gün əsgərlərin […]

Əfqan veteranlarının xatirəsinə həsr edilmiş intellektual yarış

Fevralın 11-də Mingəçevir Gənclər Evində Sovet ordusunun Əfqanıstandan çıxarılmasının 28-ci ildönümü münasibətilə gənclər arasında intellektual yarış keçirilib.Yarışda Mingəçevir Dövlət Universtieti, Mingəçevir Tibb Kolleci,   İstək liseyi və Mingəçevir gənclərinin iştirakı ilə 3 komanda iştirak edib. 24 sualdan ibarət olan intelektual yarışda I yeri MDU-nin “Çərpələng”, II yeri Mingəçevir gənclərindən ibarət “Demon” və nəhayət III yeri “İstək” […]

Mingəçevirdə mülki müdafiə qüvvələrinə və texnikalarına baxış keçirilib

Mingəçevirdə mülki müdafiənin tədbirlər planına uyğun olaraq,  şəhər üzrə  mülki müdafiənin canlı   qüvvələrinə və texnikalarına baxış keçirilib. Bu barədə məlumat verən Mingəçevir Fövqaladə Hallar komissiyasının sədri İlham İsmayılov   bildirib ki, məqsəd mülki müdafiə qüvvələrinin və texnikasının istənilən halda hadisənin aradan qaldırılmasının hazırlıq vəziyyətinə baxmaqdır: ”Göründüyü kimi, 13 texnikamız və 75 canlı qüvvə var. Bu gün […]

Goranboyun yanan suyu

Goranboyun  Qızılhacılı qəsəbəsində yerdən qalxan buğ, alov görənləri heyrətləndirir. Məkana yaxınlaşdıqca isə yerin altından çıxan suyun yandığını görürsən. Kənd sakinləri bildirirlər ki, əvvəllər  neft məqsədi ilə  aparılan qazıntılar zamanı quyudan müalicəvi su çıxıb. Sakinlər qaynar halda çıxan duzlu suyun müalicəvi əhəmiyyətə malik olduğunu bildirirlər. Sakinlərdən Rauf Məmmədov, Fərhad Əliyev onu da deyirlər ki, 3 min […]