Browsing yearly archive

2018

İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışında iştirak edib

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Prezident İlham Əliyevə Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin fəaliyyəti və burada yaradılan şərait barədə məlumat verdi. Azərbaycanın regionlarının elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirləri uğurla davam etdirilir. Bu tədbirlər, ilk növbədə, elektrik enerjisinə tələbatın ödənilməsinə, rayonların elektrik enerjisi ilə təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına, elektrik şəbəkələrində yüklənmələrin azalmasına, […]

Prezident və xanımı Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında

Azərbaycanda qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin yaradılması, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir. Belə sənaye parklarından biri də yeni yaradılan Mingəçevir Sənaye Parkıdır. 2016-cı il sentyabrın 21-də təməli qoyulmuş Mingəçevir Sənaye […]

İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimində iştirak edib

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində “Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına 2011-ci ilin oktyabrında başlanıb. Dövlət büdcəsi vəsaiti hesabına həyata […]

İlham Əliyev Mingəçevir SES-ın əsaslı yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak edib

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, son illər Azərbaycanda energetika sahəsində çox mühüm layihələr icra olunub. Bu istiqamətdə həyata keçirilən işlər müsbət nəticəsini verməkdədir. Energetika sahəsinin inkişafı ilə bağlı görülən işlər arasında müxtəlif gücə malik yeni elektrik stansiyalarının yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən […]

Mingəçevirdə “ASAN Həyat” kompleksi açıldı

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər. Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Mingəçevir “ASAN Həyat” kompleksi barədə dövlətimizin başçısına və xanımına ətraflı […]

Mingəçevir-Bəhramtəpə yolunun 26 kilometrlik hissəsi istismara verilib

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri və görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir. Regionlarda yol-nəqliyyat infrastrukturunun daha […]

Regiondakı jurnalistlər üçün Data Jurnalistika təlimi və müsabiqə

Data Jurnalistika bir çətir terminidir, daim çoxalmaqda olan alətlər dəstini, metodları və nəql etməyə yanaşmaları əhatə edir. Buraya ənənəvi kompüter dəstəkli hesabat vermə, mənbə kimi istifadə edilən məlumatın əyaniləşdirilməsi və xəbər tətbiqinin ən kəskin sahələri daxildir.  Peşəkar media mənsublarının hadisələri geniş auditoriyaya çatdırmaqda data jurnalistikadan istifadə etmələri artıq reallığa çevrilib. Bəs ənənəvi jurnalistika ilə məşğul olan […]

“Mingəçevir işıqları” qəzetinin 70 illik yubileyi keçiriləcək

28 fevral 2018-ci ildə  “Mingəçevir işıqları” qəzetinin 70 ilik yubileyi qeyd olunacaq.  İctimaiyyət nümayəndələrinin iştirakilə baş tutacaq tədbirə dövlət qurumları və Azərbaycan Mətbuat Şurası rəhbərlərinin qatılacağı gözlənilir. Mərasim  Mingəçevir Dövlət Universitetinin konfrans zalında  saat 16.00-da başlayacaq.

2017-ci il ərzində Mingəçevirdə əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

2017-ci il ərzində şəhər əhalisinə 63058,7 min manatlıq ödənişli xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərdə 8578,0 min manat və ya 15,7 faiz, müqayisəli qiymətlərlə isə 5365,5 min manat və ya 9,3 faiz çoxdur. 2017-ci il ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində fiziki şəxslərin xüsusi çəkisi 74,8 faiz, rəsmi […]