Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların elektrik və istilik enerjisi, təbii qaz, su və rabitə xidmətlərindən istifadəsi haqda
2017-ci ilin yanvar-dekabr ayları ərzində şəhərdə büdcədən maliyyələşdirilən istehlakçılar tərəfindən natura ifadəsində 7274,8 min kVt.saat elektrik enerjisi, 1720,8 Q.kalori istilik enerjisi, 808,0 min kub m. təbii qaz, 282,9 min kub m. sudan istifadə edilmişdir ki, bu da 2016-cı ilin yanvar-dekabr ayı ilə müqayisədə natura ifadəsində istifadə edilən elektrik enerjisinin 0,04 faiz, istilik enerjisinin 16,38 faiz […]