Browsing yearly archive

2019

Vətəndaşın tələb etdiyi kompensasiyanı icra hakimiyyəti hansı mənbədən ödəməlidir?

Bu və digər suallara avqustun 27-də Mingəçevir Şəhər İcra Hakmiyyəti başçısı yanında Şuranın növbəti iclasında cavab axtarılıb. İHB-nın müavini-şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova 2019-2020-ci ilərin payız-qış mövsümünə hazırlıqla bağlı şəhərin idarə, müəssisə və təşkilatlarında icrası nəzərdə tutulan tədbirlərdən danışıb. Məruzədə və digər çıxışlarda vurğulanıb ki, ən ciddi problem tüstü bacalarının mütəmadi təmizlənməməsi ilə bağlıdır. […]

34 yaşlı gənc iş yerində faciəvi şəkildə ölüb

Azərbaycan İstilik Elektrik Stansiyasında bədbəxt hadisə baş verib. Belə ki, stansiyanın işçisi Sənan Yəhyayev 6000 kvt-lıq transformatora düşərək, yanıb. Onun həyatını xilas etmək mümkün olmayıb. 1985-ci il təvəllüdlü Mingəçevir sakininin azyaşlı uşaqları vardı.

Xanımtər Vəliyeva: MDU biliyə və şəffaflığa dəyər verən ali məktəbdir

Mingəçevir Dövlət Universitetinə qəbul olan abituriyentlərin qeydiyyatı davam edir. Birinci mərhələdən sonra Mingəçevir Dövlət Universitetinə bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-si saat 17:00-dək davam edəcək. Avqustun 26-na olan məlumata görə Mingəçevir Dövlət Universitetinə qəbul olan 726 nəfərdən 600 nəfəri artıq qeydiyyatdan keçmişdir. Qəbul olan tələbələr arasında yüksək balla “Marketinq” ixtisasına qəbul olan Xanımtər […]

Zaqatalada “İncəsənət sosial inkişafda vasitə kimi”

Education HUB-ın “İnkişaf Zamanı” proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi” təlimlərinin ikinci mərhələsi Zaqatalada baş tutub. 2019-cu ilin 18 avqustundan 23-dək davam edən təlimlər zamanı Azərbaycanın bölgələrindən olan gənclər layihə menecmentinin əsas müddəalarını öyrəniblər.  25 nəfər gəncdən ibarət qrup layihələrin yazılışı, layihə xərcləri və idarəetmə, planlaşdırma, monitorinq və risklərin idarəolunması ilə bağlı […]

Mingəçevir Dövlət Universitetinin tələbəsi: 622 bal toplayaraq arzumu reallaşdıra bildim

Müəllimlik şərəfli, müqəddəs və eyni zamanda, məsuliyyətli peşədir. Müəllimlik cəmiyyətin mənəvi inkişafına, mədəni təkamülünə xidmət edən peşədir. Son illər müəllim peşəsinə maraq artıb. Ölkə rəhbərliyi pedaqoji kadr hazırlığına və müəllimlərin cəmiyyətdə ictimai nüfuzunun yüksəldilməsinə xüsusi diqqət yetirir. Təqdirəlayiq haldır ki, 2019/2020-ci tədris ili üçün 500-dən yuxarı yüksək bal toplayaraq Mingəçevir Dövlət Universitetinə qəbul olunmuş tələbələrin […]

Mingəçevir Dövlət Universitetinin 15 yaşlı ən gənc tələbəsi

Mingəçevir Dövlət Universitetinə qəbul olan tələbələrin qeydiyyatı davam edir. Məlum olduğu kimi qeydiyyat avqust ayının 15-dən başlanıb. 2019-2020-ci tədris ili üçün universitetə 23 ixtisas üzrə 770 plan yerinə 726 nəfər (94,28%) qəbul olunub. Avqustun 24-nə olan məlumata görə, universitetdə 543 nəfər tələbə qeydiyyatdan keçib ki, onlardan 116 nəfəri dövlət sifarişi əsasında təhsil alacaq tələbələrdir. 2019-2020-ci […]

Şəhid anası oğluna iş tapa bilmir

Milli Qəhrəman Mirabov Rəşad Akif oğlu 3 may 1975-ci ildə Mingəçevirdə anadan olub. Şəhərdəki 7 saylı məktəbdə təhsil alan Rəşad bir müddət atasının yanında – Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında dərzi kimi çalışıb. 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. Əvvəlcə  indiki H.Z.Tağıyev qəsəbəsində, sonra isə Səngəçalda və Şubanıda hərbi təlim keçib, xüsusi təyinatlı hissədə […]

70 yaşlı velosipedçi 4 min km yol qət edib

APA-nın Mingəçevir bürosunun nümayəndəsi Ehtiram Muradov məlumat verir ki, velosiped həvəskarı olan 70 yaşlı şəhər sakini Abid İsmayılov səyahətini başa vuraraq geri dönüb. Onu dostları, media nümayəndələri və idman həvəskarları qarşılayıb. Bir neçə ildir ki, dünyanın müxtəlif ölkələrinə fərqli marşrutlarla velosiped turu təşkil edən təqaüddə olan müəllim bu dəfə 4 min kilometr məsafə qət edib. O, […]

Finalın qalibləri mükafatlandırılıb

Şəhər Gənclər və İdman İdarəsi və mənzil istismar sahələri yay tətili günlərində idmanın müxtəlif növləri üzrə məhəllələrarası birincilik yarışları təşkil edib. Bura yeniyetmə və gənclər, xüsusən qızlar, eyni zamanda yaşlılar arasında keçirilən futbol və dama, nərd, şahmat və voleybol oyunları daxildir. Avqustun 22-də Şahmat məktəbinin həyətində dama və furbol üzrə final yarışları baş tutub. Şəhər […]

Mingəçevir Dövlət Universitetinə qəbul olan tələbələrin qeydiyyatı davam edir

Mingəçevir Dövlət Universitetinə qəbul olunmuş tələbələrin qeydiyyata alınması avqust ayının 15-dən başlanıb. 2019-2020-ci tədris ili üçün universitetə 23 ixtisas üzrə 770 plan yerinə 726 nəfər (94,28%) qəbul olunub. Avqustun 21-nə olan məlumata görə, universitetdə 410 nəfər tələbə qeydiyyatdan keçib ki, onlardan 104 nəfəri dövlət sifarişi əsasında təhsil alacaq tələbələrdir. Yeni qəbul olan tələbələrə kömək məqsədilə […]