Browsing yearly archive

2019

İHB yanında şuranın növbəti iclası keçirilib

Avqustun 20-də maraqlı tərəflərin iştirakilə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclasında 3 məsələ müzakirə olunub. İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri İlqar Pirməmmədov Mingəçevir şəhərində icazə verilməmiş yerlərdə küçə ticarəti və iaşə xidmətləri göstərməklə məşğul olan şəxslər barədə məlumatların toplanması haqqında məruzə edib. İH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini […]

Kimə qəzet oxuyarsan?

    Mətbuatımızla bağlı çatışmazlıqları bir-neçə məsələ şəklində birlikdə müzakirə edək. Mətbuatımız kimə oxşayır? Məsələ 1. Oxucunun ardınca getmək, yoxsa oxucunu formalaşdırmaq? Mövcud olan qəzetlər və xəbər saytları fikrimcə oxucunun ardınca qaçmağa çalışır, sanki- “məni oxu, mən maraqlı yazıram”,-deyə. Əslində bu ən asanıdır, çünki oxucu toplamaq üçün vaxt və əmək sərf etmək  lazım gəlmir, oxucunun zövqünü “oxşamaq” üçün “cazibədar” […]

1150 ailəyə qurban payı çatdırılıb

Avqustun 12-də Mingəçevirdə Qurban bayramı münasibətilə rəngarəng tədbirlər düzənlənib. Mingəçevir Turizm Kollecinin həyətində ictimaiyyət nümayəndələrinin iştirakilə baş tutan şəhər tədbirinə İcra Hakimiyyəti başçısı İlham İsmayılov da qatılıb. O, bildirib ki, Azərbaycanda milli-mənəvi və islami dəyərlərə həmişə diqqət olub: “Baxmayaraq ki, ölkəmizdə din dövlətdən ayrıdır, lakin din xadimlərinə normal fəaliyyət göstərmələri üçün dövlət səviyyəsində hər cür […]

Tələbə adınız mübarək olsun!

Bu hekayəmi ali məktəbə qəbul olmuş və tələbə adını qazanmış bütün gənclərimizə hədiyyə edirəm və istərdim ki, bu fürsətin, tələbəliyin gözəlliyini anlasınlar. Kitablarla, müəllimlərlə daha yaxşı ünsiyyət qurub, onlardan faydalansınlar. Mənim hekayəm.  BDU-nun 100 illiyinə!   Riyazi analiz dərsimiz idi. Müəllim lövhədə yazı yazırdı, daha doğrusu məsələ həll edirdi, daha da doğrusu funksiyaların tam differensialını […]

Gənclər arasında mütaliə vərdişlərini gücləndirmək üçün

Açılışda çıxış edən layihə rəhbəri Türkan Əkbərova “Hilal Book cafe” haqqında qonaqlara məlumat verərək, sözügedən layihənin region üçün əhəmiyyətindən bəhs edib: “Bu biznesin əsas məqsədi Sosial Sahibkarlığın təməl prinsiplərini əsas götürərək, Mingəçevirdə yaşayan gənclər arasında mütaliə vərdişlərini gücləndirməkdir. Biz gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək üçün mütəmadi intellektual oyunlar, debatlar, yazıçılar və ictimai xadimlərlə görüşlər […]

ANA SÜDÜ ƏVƏZSİZDİR

  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) birgə icrasına başladığı “Körpə Dostu Klinikası” təşəbbüsü çərçivəsində 2019-cu il 23-25 iyul, 31 iyul – 02 avqust tarixlərində Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında “Körpə dostu klinikasında ana südü ilə qidalandırmanın dəstəklənməsi və təşviqi” mövzusunda təlim keçirilib. Mingəçevir şəhər, Yevlax və Ağdaş […]

Üçəmin valideynlərinə nə kimi dəstək göstəriləcək?

Mingəçevir Şəhər İcra Hakimiyyəti  başçısının avqustun 9-da 9 saylı məktəbdə keçirilən görüşü daha çox Ağdamdan olan məcburi köçkün Zaur Həsənovun  çıxışı ilə yadda qalıb. O, bildirib ki, üçəm övladları olandan sonra onlara diqqət və qayğının göstərilməməsi, xüsusilə ailənin ərzaqla təminatında, mənzil şəraitinin uyğun olmamasında problemlər yaşaması ilə bağlı ölkə başçısına, Heydər Əliyev Fonduna, eyni zamanda […]

Yerli özünüidarəetmə qurumu 6 ayda nəyə nail olub?

Keçirilən iclasların ümumi sayı  –  11 Gündəlikdəki məsələlərin sayı – 71 O cümlədən; -Torpaqla əlaqədar məsələlər – 14 -Şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitlərinin ayrılması ilə bağlı məsələlər – 15 -Yardımlar – 11 -Təşkilati və digər məsələlər – 31 II. DAXİL OLAN ƏRİZƏ VƏ MÜRACİƏTLƏR BARƏSİNDƏ […]

İcra Hakimiyyəti başçısının müavini hansı təşkilatların fəaliyyətindən narazılığını bildirdi?

Avqustun 7-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın 2019-cu ilin 6 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının  vəziyyəti və qarşıda duran vəzifələrə həsr edilmiş iclası olub. İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun giriş nitqindən sonra gündəlikdə duran məsələ barədə İcra Hakimiyyəti başçısının müavini – şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova məruzə edib. Şəhərimizin müxtəlif sahələrinin problemlərinə […]

İsmət Qayıbov və Dilarə Əliyeva küçələrində nə çatışmır?

İcra Hakimiyyəti başçısı avqustun 7-də 7  nömrəli məktəbin foyesində D.Əliyeva küçəsindəki  1 və 2, İ.Qayıbov küçəsindəki 3, 3/1 və 6 saylı binaların sakinləri ilə görüşüb. Son vaxtlar mövcud ərazidə abadlıq-quruculuq işləri həyata keçirilib. Belə ki, binaların fasadları qaydaya salınıb, həyətlərdə oturacaqlar qoyulub, ağacların dibləri bellənib və sulanıb, gövdələri ağardılıb.  Mingəçevir Şşəhər İcra Hakimiyyəti başçısı İlham […]