Browsing yearly archive

2019

Tovuzda ictimai iştirakçılıq təbliğ olunur

Tovuz rayonunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycan Respublikasının “İctimai İştirakçılıq haqqında” qanununun təbliği istiqamətində maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində təlim keçirilib. Layihə rəhbəri, Qazax Regional İnkişaf Resursları İctimai Birliyinin sədri Məhərrəm Göyüşoğlu qonaqları salamladıqdan sonra ictimai İştirakçılıq haqqında fikirlərini çatdırıb. Şəmkir Resurs və Təlim Mərkəzinin rəhbəri Fuad Bədəlov qanun layihəsinin Tovuz […]

Cumhuriyyət sevdamız əbədidir!

1918-ci ilin Bakısı… “1918-ci il martın 30-da erməni-bolşevik “Qırmızı qvardiya”sı Bakının azərbaycanlılar yaşayan məhəllələrinə hücum etdi. Martın 31-də olan hücum siyasi mənsubiyyətindən asılı olmayaraq bütün türk-müsəlman əhalisinin qırğını xarakterini aldı. Ermənilər evləri yandırır, insanları oda atırdılar. Mart soyqırımı nəticəsində təkcə Bakıda 12 min nəfər, 1918-ci ilin ortalarına qədər isə 50 mindən artıq azərbaycanlı qətlə yetirilmişdi”1. […]

Mingəçevirdə ilkə imza atıldı: Dövlət Rəmzləri Muzeyinin təməli qoyuldu

Mingəçevirdə, “Dostluq” parkının ərazisində 677 kv. metr sahəni əhatə edən Dövlət Rəmzləri Muzeyi iki mərtəbəli binada yerləşəcək. Onunu yanında isə 240 kv.metr sahədə 200 yerlik üstüörtülü açıq səhnə quraşdırılacaq.  Müasir, günün tələbinə uyğun şəkildə qurulacaq unikal binada qədim və müasir Azərbaycan dövlətinin rəmzlərini əks etdirən müxtəlif guşələr yaradılacaq, bayrağımızla bərabər xəritələrimiz, sərhədlərimiz, pul nişanlarımız və […]

Mingəçevir şəhərində bank əməkdaşı bıçaqlanıb

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə bu gün banklardan birinin qarşısında baş verib. Belə ki, tanışı tərəfindən bayıra çağırılan bank əməkdaşı Həsənov Aydın Sədrəddin oğlu həmin şəxs tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı həmkarları tərəfindən xəstəxanaya çatdırılıb. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Ana südü ilə qidalanmanın təşviqi

23-25 iyul 2019-cu il tarixlərində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında Körpə-dostu klinikasının təşəbbüsü ilə “Körpə-dostu klinikasında ana südü ilə qidalanmanın dəstəklənməsi və təşviqi” mövzusunda təlim keçirildi. İcbari Tibbi Sığortanın pilot layihə kimi tətbiq edildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında yenidoğulmuşlarla çalışan tibb bacılarının iştirak etdiyi təlimdə ana südü ilə qidalandırmanın körpələrin və anaların sağlamlığının qorunması […]

Mingəçevirdə İftar süfrəsi

İyulun 26-da Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə iftar süfrəsi təşkil edib. Açılışına bu mübarək mərasimlə başlayan “Ana Kür” şadlıq sarayında 300-dək dindar və ictimaiyyət nümayəndəsi toplaşıb. Heydər məscidinin imam müavini Müşfiq Nəcəfov Islamın müqəddəs bayramları içərisində orucluğun mühüm yer tutduğundan danışıb, Quranın Əl Bəqərə surəsinin 183-cü ayəsini xatırladaraq, bildirib ki, “Ey iman gətirənlər! […]

Tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsinə dair təkliflər hazırlanıb

  Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 6.3-cü bəndinin icrası olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “Tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsinə dair təkliflər” sənədi hazırlanıb. Sənəd Bakıda və regionlarda tibb müəssisələrinin ilkin dəyərləndirilməsinin nəticələri əsasında tərtib edilib. Dəyərləndirmə dörd […]

“Qafqaz pələngi” Mingəçevirdə

İyulun 23-də Mahir Qurbanovun ilk işi olan “Qafqaz pələngi” filminin Mingəçevirdə təqdimatı olub. Aparıcı Zamik Hacıyev M.Qurbanovun həyat və fəaliyyəti barədə təqdimat mərasiminə gələnlərə qısa məlumat verib. Bildirib ki, bu gənc 2008-2012-ci illərdə Azərbaycan Dillər Universitetində təhsil alıb, 2013-cü ildə Barselona Dövlət Universitetinin siyasi təhlil ixtisası üzrə magistri olub. Latın Amerikasında nəşr olunan KİV-lərdə Azərbaycanla […]

Mingəçevirin bu günkü ekoloji durumu ciddi narahatlıq doğurur

Əhalinin sanitar-epidemioloji sağlamlığının, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin  təmin edilməsi sahəsində Mingəçevirdə problemlər mövcuddur. Elə buna görə də həmin məsələlər iyulun 23-də şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında müzakirəyə çıxarılıb. GEM-in direktor əvəzi  Validə Məmmədova,  Dezinfeksiya stansiyasının direktoru Tahir Sadıqov və  başqaları vəziyyətin qənaətbəxş olduğunu söyləsələr də, həm başçının, həm də zala […]

EQAC komandası MDU-nun əməkdaşları ilə birgə texniki məsələrlə bağlı bir araya gəlib

Litvanın EKT iqtisadi konsulatsiya şirkəti EQAC komandası texniki məsələrlə bağlı bir araya gəlib. Bakı Biznes Universitetində təşkil olunan 1 günlük təlimdə müəssisə daxilində keyfiyyətin təminatı üçün istifadə olunan tətbiqi proqram təminatı QPR Graphics və QPR Metrics Avropa Təhsil Standardları (ESG) əsasında real vəziyyət işlənib. Azərbaycan Texnologiya Universitetinin keyfiyyət təminatına dair tətbiqi  proqramını universitetin tədris işləri üzrə […]